Yağışlı bir gün... || Əsl payız havası

in Steemit Azerbaijan☪✔3 years ago

Payız girəli bir ay yarıma yaxındır, amma bu vaxta qədər bugünkü qədər payızı yansıdan super bir hava olmamışdı. Əsl payız havasını bu gün gördüm.

Deməli, işdəyik, oturmuşuq ofisdə. Birdən bərk səs gəldiyin eşitdim, kənddə olsaydım, deyərdim yəqin pambıqyığan maşındır. Pəncərədən çölə baxanda gördüm ki, sel gedir, özü də nə sel, xırda-xırda yağır, amma çox güclü yağır. Çıxdım çölə bir az yağışın qoxusun qoxladım. Ləzzət elədi.

Deyir, yağışı sevirik, amma islanmamaq üçün çətir gəzdiririk. Çətirim yox idi, amma onu bilirəm ki, əsl gəzməli hava idi. Gəzmək də tək yox da. :)

IMG_20211104_164759.jpg

İşdən çıxıb evə gəlirdik ki, bu mənzərə ilə qarşılaşdıq və şəkil çəkmədən edə bilmədim. Necə super deyilmi: sakit, islanmış küçə və solğun, sarı yarpaqlar.

Payızı çox sevirəm, amma kəndin palçıqlı yollarına gələnə qədər. Əslində palçığın da öz yeri var, amma kənddə yox da. Meşədə evin olur, ətraf ot, yaşıllıq. Bax orda palçığa batmağa dəyər. Kənd yerində o qədər iş olur ki, palçıqla məşğul olmaq istəmir insan.

IMG_20211104_164804.jpg

IMG_20211104_164810.jpg

Bura da Gənclər Evi və Heydər Əliyev Mərkəzinin arxasıdır. Bizim ofis də Heydər Əliyev Mərkəzinin içində yerləşir. Biz işdən çıxan vaxt yağış çox zəifləmişdi. Hansı ki gözləməzdim, çünki xırda yağış yağanda normalda gec kəsir, bir xeyli yağıb ürəyin boşaldır. :)

Yağışda çıxdım Mərkəzin qarşısına, bir az xəyallara daldım. Öz-özümə düşündüm ki, necə gözəl havadır, çıxıb gəzəsən. Sonra yanımdan mərkəzin bir işçisi dedi ki, amma burda yox, Bakıda gəzəsən. Burdan başladım fəlsəfə etməyə. Düşündüm ki, yaxşı lap burdakı park balacadır, burda gəzmək istəmirsən, Bakıya gedirsən, bəs sonra? Onsuz bu gəzmək bitməyəcək mi?

Bəzən, həqiqətən, insan nə istədiyini belə tam olaraq bilmir. Çatışmayan bir şeylər olduğuna əminsən, amma nədir, nə qədər edirsən, tapa bilmirsən.

IMG_20211104_164819.jpg

İndi gözümə durub ki, hələ qarşıda soyuq dekabr, şaxtalı yanvar və fevral ayları var, hansı ki şaxta və küləyə nifrət edirəm. Saatlı istisi ilə tanınsa da, burda qış da çox sərt keçir.

O bir söz var e, nə istisi isti döyül, nə də ki soyuğu soyuq. Bax elə bir yerdir Saatlı. Yenə də səbrli olub işlərimi həll etməyə, özümü təkmilləşdirməyə davam edəcəyəm. Gözəl fürsətlər var əlimdə.

Qalıb çoxlu çalışmaq, disiplin və işə fokuslanmaq. Bu aralar bu fokuslanmaq məsələsində ciddi problemlər yaşayıram. Səbəbsizcə vaxtım ölür, gedir bəzən, əsəb oluram. Görək notlar tutmağa başlamışam, bəlkə, faydası oldu.

Sort:  

Şəkillər çox qəşəngdir.) Nəyisə etmək üçün sabahı gözləməyin. Bu gündən başlayın. İnanın ki, çox xeyri olacaq..

 3 years ago 

Çox sağ olun :)

 3 years ago 

Yağışın qoxusu bir başqə aləm olur). Darıxdım lap

 3 years ago 

Hə. Xüsusilə, yağış yağarkən torpağın qoxusu 🤩

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 61757.03
ETH 2490.84
USDT 1.00
SBD 2.64