Varmı itlərdən daha güvənilir canlı..? || Kiçik dostum yenidən tapdı məni

in Steemit Azerbaijan☪✔2 years ago

Kiçik dostumu yenidən tapdım bu gün!

Zaman keçdikcə, yaş artdıqca heyvanlara olan güvənim daha da artır. Misal, itlər. İtlərə olan sevgimi sayqımı sözlərlə ifadə etmək həqiqətən çətindir. İndi durub desəm ki, itələrə insanlardan daha çox güvənirəm, düşünəcəksiniz ki, 99 faiz bu insanın insanlara güvənlə bağlı problemi var, ona görə bu cür düşünür. Bu cür düşünmədən öncə bir az dinləyin məni. :)

Gəlin belə izah edim. İtlərin insana verdiyi sevgi, güvən hər zaman mənə daha təbii gəlib. Hər şeyi qarşılıqsız edirlərmiş kimi gəlir. Tamam evimizdə qulluq edirik, saxlayırıq onları və sair, amma yenə də bir şeyləri sanki daha təbii edirlər.

Yenə bir örnək üzərindən, daha dəqiqi bu gün başıma gələn maraqlı bir hadisə üzərindən izah edim. :)

IMG_20211119_095114.jpg

Misal, yuxarıdakı kiçik iti götürək elə. Adı Cekdir. Adını mən qoymuşam. Gəlin ilk öncə, bu itlə necə tanış olmuşam onu deyim sizə. :)

Deməli, biz kənddə, ən əsası kəndin ən kənarında yaşadığımıza görə hər daim itə ehtiyacımız olub. Bu yaxınlarda ətrafdakı vəhşi heyvanlara görə də lap artmışdı bu ehtiyac. Nəticədə biz də başlamışdıq it axtarmağa. Soraqlasaq da, tapa bilmədik.

Atam da dedi ki, yaxınlıqda - məhlədəki itin balalarından tutub gətirib saxlayaq, balaca olsa da, böyüyəcək da. :) Deməli, təxminən 15 gün öncə atam bu balaca iti həyətimizə gətirdi. Yaxşıca qulluq etdik, mən ona ad qoydum, 4 gündə balaca bacımın ən sevdiyi dostu oldu, daha nələr nələr.

IMG_20211119_095118.jpg

Hər nə qədər əzizləsək də, qulluq etsək də, 4 gün sonra gördük ki, it yoxdur. Həmin ərəfədə də biz tərəfə yaman vəhşi pişik dadanmışdı. Düşündük ki, 99 faiz bu vəhşi pişik yeyib iti. Nə qədər axtardıqsa da, tapa bilmədik ki, bilmədik.

Üstündən günlər keçdi, hey axtardıq tapa bilmədik. Düşünürdük ki, heç olmasa, qan izindən-falan tapsaydıq, bilərdik ki, hə, vəhşi pişik aparıb. Amma heç bir iz tapmadıq.

IMG_20211119_095120.jpg

İndi üstündən günlər keçib axı. Bu gün ənənəvi qaydada səhər 9-10 arası işə gedirdim. Elə məhləmizin qurtaracağına yaxın bir xəstəxana var, ona çatmışdım ki, gördüm hardasa bir 20 metr məsafədən balaca bir it necə mənə tərəf qaçır, necə sürətlə qaçır ilahi. :)

Amma bu qaçış dişləmək məqsədli deyildi da, it yaxınlaşan kimi gördüm bu həyətimizdə 4 gün saxladığımız it. İnanın, heç nə yox ha, o it ki mənə çatdı, başladı ki ha ayaqqabımı, şalvarımı yalamağa, nə bilim, çox belə sözlə ifadə edə bilməyəcəyim hislər keçirdim.

İt necə sevinir, necə sevinir. Mən də ayaqlarımla oynayıram bunla. Düz taksiyə minənə qədər dalımca gələcəkdi, yolda bir qəribə baxış atdım, başa düşüb dayandı və düz asfalta çatana qədər arxamca baxdı.

IMG_20211119_095122.jpg

Son zamanlar səhəri belə gözəl açmamışdım, həqiqətən. İndi sabah evdəyəm, düşəcəm o balaca dostumu axtarmağa.

Bu gün başıma gələn bu hadisə itlərə olan sevgimi nə qədər artırdı, izah edə bilmərəm... O təbiilik, o unutmazlıq. Belə götürəndə 4-cə gün qulluq etmişik, amma o bircə dəfə görən kimi kənardan üzərimə qaçdı. Özü də biri var, üzbəüz gələsən, görə tanıya, bu kənardan, uzaqdan məni görüb üzərimə qaçdı...

Heyvanları sevin! Onlar hər bir canlı kimi sevilməyə layiqdirlər! :)

Sort:  

İtləri çox sevirəm, onlar bizim ən yaxşı dostlarımızdır :)

 2 years ago 

Varmı itlərdən daha sadiq canlı? Sanmıram 😎

 2 years ago 

Təbii ki)

 2 years ago 

Gözəl post üçün təşəkkürlər!

 2 years ago 

Steemit Azərbaycanı sevirik☺

Golden retriever sevərlərə salamlar))) Abimin kiçik dostu) Bu hələ çox balacadır görəcək vaxtları qabaqdadır abi ;)

 2 years ago 

Oooo Golden retriever dedin mi sən?)))) Golden retriever favorim bir gün mütləq alacam ;)

İnşallah inşallahhh 😍

 2 years ago 

Adıyla böyüsün qardaş)). Həm güvənməkdən yazırsan, həm də iti yarı yolda qoyub getmisən. Niyə aparıb evə yola salmadın ki, indi sabah yenə gedib onu axtarasanda.😉
Zarafatsız postuvu oxudum👍 "Bağ mövsümü" kinosu var, o yadıma düşdü

Ooo. Bu yoruma şapka çıkarılır 🤠Biz homo sapienslər hər şeyi işə bağlayınca gecikməyək deyə))) Baxmamışam ki o filmə, köhnələrdəndir yəqin

Sən oxudum deyirsənsə, oxumusan. Thanks, Mann 😎

 2 years ago 

Uğurlar Gənc.)) Başarın bol olsun!👍
Hə Kardeş köhnə kinodu.

Coin Marketplace

STEEM 0.28
TRX 0.12
JST 0.032
BTC 61231.91
ETH 2966.19
USDT 1.00
SBD 3.47