Təbiət bir şəkildə yolunu tapır... || #club5050

in Steemit Azerbaijan☪✔3 years ago

Təbiətin ən sevdiyim yönü hər necə olursa olsun, bir şəkildə yolunu tapmağı bacarmasıdır. Uşaqlığımdan bu yana ağacları, bitkiləri bir başqa sevmişəm. Kənddə böyüdüyüm üçün də istər istəməz, təbiətin, təbiiliyin də tam içində keçib bütün uşaqlığım, yeniyetməliyim.

Bundan xeyli əvvəlki bloqlarımda ağac calamaqla bağlı təcrübələrimi sizlərlə bölüşmüşdüm, misalçün. Hansı ki ağaclara bitkilərə olan məhz bu marağım məcbur etmişdi ki, biologiya kitabına baxaraq ağac kəsib, calaqlar edim.

Hazırda həyətimizdə olan ağacların yarısından çoxu mənim etdiyim calaqlardır. Xüsusilə, 9, 10 və 11-ci siniflərdə etdiyim calaq ağaclar hər sezonda elə meyvə gətirir ki, həqiqətən, hər baxdıqca fəxr edirəm. :)

Təbiətə olan yaxınlığımı düşünün indi. Özəlliklə, çəkdiyim aşağıdakı şəkillər kimi şeyləri çox sevirəm. Sanki təbiət mən hələ dəvaram deyir.

IMG_20211105_121147.jpg

Bu şəkili bir dövlət qurumunun qarşısıda çəkmişdim. Tədbirə getmişdik. Düz qapının ağzında elə bu kiçik bitki ilə rastlaşdım. Həqiqətən, təbiət istədisə, yolunu tapır.

Motivasiya hekayələri anlatılan videolarda çox vaxt belə şəkillər olur e. :D Halbuki mən canlısını görüb çəkib, paylaşıram sizlərlə.

IMG_20211105_121149.jpg

IMG_20211105_121204.jpg

Bu daş-daharadan ibarət yerləri görəndə çox ürəyim sıxılır. Xüsusilə, paytaxt Bakımız bu cəhətdən öndə gedir. Hər Bakıya gedəndə elə bilirəm, qəfəsə aparırlar. Şəxsən mən bütün ömrümü hündürmərtəbəli binada bir məhbus kimi yaşaya bilmərəm. Heç vaxt da olmayacağına ümid edirəm.

İnsanları izləməyi çox sevdiyim üçün parklarda oturub onları seyr etməyi, hərəsinin fərqli-fərqli hərəkətlərinə baxmağı sevirəm. Bakıda belə şeylər edəndə düşünürəm ki, necə də xərcləyirik ömrümüzü. Kimisi necə xərcləyir, kimisi xərcləyə belə bilmir.

IMG_20211105_121213.jpg

IMG_20211105_121245.jpg

Oxuduğunuz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm, xoşunuza gəldi fotolar.

Unutmayaq ki, yaşamın olduğu hər yerdə, hər zaman ümid var! :)

Sort:  
 3 years ago 

Birinci, ikinci şəkillərə baxanda ani olaraq çaşdım. Elə bildim saçıvı uzatmısan.)))

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.033
BTC 64009.58
ETH 2760.74
USDT 1.00
SBD 2.65