Ofisimizdəki yaşıllaşdırma || Eko-ofis

in Steemit Azerbaijan☪✔2 years ago

Salamlar, dəyərli steemitçilər. Bu gün sizə güllərdən yazmaq fikrinə düşdüm. Səhər-səhər işdəki boşluqdan istifadə edib telefonumu aldım əlimə başladım otaqdakı maraqlı şeyləri axtarıb şəkillərini çəkməyə. Hərçənd otağımızdakı ən maraqlı şeylər güllər olmasa da, güllərlə bağlı postumu önə salmağa qərar verdim.

Direktorumuz çox gül sevərdir. Evlərinə güldən girmək olmurmuş. Ev güllərini sevir. Misal, bizim evi deyə bilmərəm, həyətimizə güldən girmək olmur. Qızıl gülün neçə rəng çaları var bilmirəm, bizdə 6 fərqli növ qızıl gül var. Hansı ki onların necə deyərlər, toxumunu həyətə salana qədər çox əziyyət çəkmişik. Qızıl gülün yanında xeyli başqa-başqa həyət gülləri var.

IMG_20211202_150639.jpg

Bu gün ofisimizdəki güllərin şəklini çəkərkən nə yalan deyim, beynimdəki ən böyük sual o idi ki, görəsən postumda bunların ad məsələsini necə həll edəcəm?!

Düşünün, kaktusu çıxmaqla heç bir gülün adını bilmirəm.Belə ümumiyyətlə, güllərlə o dərəcə əlaqəli birsi deyiləm, çox yaxşı tanımıram gülləri. Məsələ qapı gülünə gələndə isə ümumiyyətlə, bircə kaktus və milçəktutan gülləri tanıyıram. :D

IMG_20211202_150650.jpg

Belə də düşünürəm, güya misalçün yuxarıdakı və aşağıdakı güllərə baxın bir, bunların harasında güllük var?! Bunlar gül deyil axı, sadəcə bitkidir. Çöldə-bayırda rast gəlsəm, yabanı ot deyib keçərəm. İndi düşünürəm, çöldə qanqaldan başqa otdan fərqli nə varsa, insanlar gül adlandırıb. :)

Qanqalı niyə evlərə qoymurlar, maraqlıdır. Əslində yaxşı da bitkidir. Tikan desən, kaktusdan çox tikanı olmayacaq ki. Sonra fayda desən, yeyə də bilirsən qanqalı. Hara da əksən bitər.

IMG_20211202_150656.jpg

IMG_20211202_150704.jpg

Ha, bu arada yuxarıdakı gülqabın bizim könüllülər hazırlayıbmış. Belə mən görməmişəm, mən bu işə girmədən öncə hazırlanıb. Çox kreativ ideyadır. İçində bir kaktus əkiblər, iki aydır, burdayam, hələ az da olsun böyüdüyünü görməmişəm.

Deyirəm, kaktus da maraqlı bitkidir. Hara əksən bitir. Səhraya da əksən, soyuğa da düşsə, dözür, tez sıradan çıxmır. Üstəlik içində bolca su var, hansı ki səhrada insanı ölümdən qurtarar. Müqəddəs bitkidir. :)

Bu gün ofisimizdən xeyli maraqlı şəkillər çəkmişəm. Özəlliklə, könüllülərimizin qəşəng əl işləri, rəsmləri var ki, paylaşmaq üçün səbrsizlənirəm. Növbəti postlarda mütəq paylaşacağam. Oxuduğunuz üçün təşəkkür edirəm. Hər birinizə gözəl həftəsonu diləyirəm. Ha. İndi yadıma düşür, doğrudan, həftəsonu imiş. Vaxt necə uçur. Artıq 28 gün sonra yeni il gəlir.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63799.64
ETH 3130.40
USDT 1.00
SBD 3.97