Öyrənməyə davam. Blokchain, Cryptocurrency, Markets || İnandığım yolda...

in Steemit Azerbaijan☪✔3 years ago

Qarşıdan Yeni İl gəlir. Yeni ilə yeni hədəflərlə girmək lazımdır. Kamran da özünü bir yöndə inkişaf etdirməyə çalışır artıq. Həyatım boyunca məni geri atan ən böyük qüsur bir əlimdə iki qarpız tutmağa çalışmağım olub deyərdim də, bir yandan baxanda bu gün steemitdəyəmsə, kriptovalyuta bazarındayamsa, bütün bunları bir əlimdə bir neçə qarpız tutmağa çalışmaq həvəsimə borcluyam deyərdim. Əslində, bir əlində iki qarpız tutmaq da deyil mən etdiyim.

Belə ki, uşaqlıqdan bu yana yeni nə görmüşəmsə, uşaq kimi böyük həvəslə maraqlanmışam həmin şeylə. Steemitə gəlmə səbəbim də, məhz həmin marağım ucbatından olub. Ona görə mənə verdiyi tükənməz maraq, merak duyğusuna görə Ana Təbiətə, ya nə bilim, Tanrıya hər zaman şükr etmişəm. İndi də edirəm.

Screenshot1233.png
Link to Photos

Bu il mənim üçün çox-çox rəngarəng keçdi. 2021 zəhrimar kimi başlasa da, bal kimi sona çatmaqdadır. Həmişə olduğu kimi hədsiz yeniliklər yaşadım həyatımda. Yenə də bu il bir başqa idi.

İl bitmədən indi də başlamışam, hazırda içində olduğum, əppəyimi çıxardığım kriptovalyuta sektorunu dərindən araşdırmağa. Kriptovalyutanın canı blokçeyn, və ya ingiliscə blockchain texnologiyasıdır. Vaxtilə kriptovalyutalara olan həvəsimə görə proqramlama öyrənməyə cəhd etmiş, proqramlama üçün də 5 ay işləyib öz komputerimi almışdım.

Həmin vaxt blokçeynin nə olduğunu bilmirdim tam, ümumiyyətlə, ağlıma belə gəlməzdi ki, gələcəkdə bu sektorda qalacam.

Screenshot122.png
Link to Photos

Bu ili möhtəşəm sonlandırmaq, taclandırmaq üçün gələn ilə böyük hədəflər hazırlamışam, özümü də mükafatlandırmağı düşünürəm. Düşünürəm, görüm özümü necə mükafatlandıracam?! 🤔🤔🤔

Özümü mükafatlandırmağın yanında, gələn il 23 yaşımı tamam edəcəm deyə, artıq özümə daha böyük sözlər verib, tam istədiyim, idealımdakı Kamranı tamamlamalıyam. Hər insanın beynində bir idealı vardır deyə, düşünürəm. Bəlkə də, bu ideal bir şəxsdir, məndə bu ideal bir şəxs deyil. Günü bu gün müəyyən şeylər var ki, onları bilməməyim özümü əksik hiss etdirir.

Screenshot111.png
Link to Photos

Həyatım boyunca olan bu əksiklərin çox böyük bir qisminin öhdəsindən 2021-ci ildə gələ bildim deyərdim. İndi isə tam bitirməliyəm özümü. 2022-dən gözləntilərim o qədər böyükdür ki. Təki hər şey ürəyimizcə olsun hər birimizin.

Gözləntilərimdən biri blokçeyn texnologiyasındakı biliklərimi daha irəli aparmaq və artıq özbaşıma, müstəqil olaraq yenilikləri tam analiz etməyi bacarmaqdır. Bunun üçün çox çalışmalıyam.

Yuxarda ekran rəsmlərini gördüyünüz Youtube kanalı isə insanları blokçeyn texnologiyası, kriptovalyutalar, web 3.0 və bir çox şey haqqında məlumatlandırır, hətta məlumatlandırmaqla qalmayıb, adam pulsuz olaraq milyon dollar dəyərindəki bilgiləri paylaşır. Hər birinizə məsləhət görürəm ki, izləyəsiniz bu kanalı. Kanalın linki aşağıdadır:

dAPP University youtube kanalı

Hər birinizin bayramını indidən təbrik edirəm! :)

Coin Marketplace

STEEM 0.19
TRX 0.16
JST 0.033
BTC 64186.90
ETH 2759.80
USDT 1.00
SBD 2.66