İş mühitim və maralı bəzi məqamlar. :)

in Steemit Azerbaijan☪✔2 years ago

Salamlar hamıya. Yeni bir bloqla qarşınızdayam. Bu bloqumda yenə iş həyatımdan yazacam. Bildiyiniz üzrə oktyabr ayının əvvəlindən rayonda yeni işimin başındayam. Artıq ikinci ayımı yekunlaşdırıram. Keçən bu iki ayda Steemit-də əvvəlki kimi fəlsəfik, daha içdən bloqlar yaza bilmirəm. Təbii ki, ən böyük səbəbi işimdir. İşə girdikdən bu yana normal bloqum yoxdur. Hamısı elə indiki bloqumda olduğu kimi iş həyatım və gündəlik həyatımla bağlı bloqlardır, onlar da ki kimə lazım?!

İnsanlara düşündürücü özlərini tapdıqları, maraqlı bloqlar lazımdır.

Bilmirəm, xəbəriniz var, ya yox, sabahdan günün ən yaxşı postlarını seçib paylaşacağıq. Artıq hər gün 5 ədəd ən yaxşı post seçiləcək və normaldan 2-3 dəfə artıq səslər alacaq. Bu rejimə keçmə səbəbimiz isə booming dəstək proqramının bağlanması oldu. Artıq keyfiyyətə kəmiyyətdən daha çox üstünlük verəcəyik. Əvvəl də belə idi, sadəcə bu dəstək proqramı bizi keyfiyyətdən çox, rəqəmlərə fokuslatmışdı.

Yeni rejimə keçməyimiz, açığı, mənə də böyük rahatlıq verəcək. Gündəlik steemit-dəki işimin nədən ibarət olduğunu biləcəm və buranı öz işimlə paralel, daha rahat şəkildə idarə edəcəyimi düşünürəm.

IMG_20211124_110326.jpg

Biz az öz işimdən danışsam. Deməli, yuxarıdakı və aşağıdakı Kamran fotolarını qatıldığım bir intellektual yarışdan çəkmişəm. Yarışda iştirakçı deyildim, sadəcə fotoqraf idim, müəyyən şəkillər çəkib qayıtdım mərkəzimizə.

Mərkəzimizin fotoaparatını veriblər, düşmüşəm, ora sənin bura sənin şəkillər çəkirəm, sanmayın. :D Burda fotoaparatın mənə verilməsi şəkil çəkmə bacarıqlarımı artırıb, böyük ölçüdə hiss edirəm. Bu indiki şəkillərə baxmayın, bunları utanaraq çəkmişəm. :) Kütlə içində şəkil çəkməkdən bəzən hələ də çəkinirəm.

IMG_20211124_110311.jpg

Hələ də şəkil çəkməklə aram düzəlməsə də, onu deyim ki, mərkəzimizin bütün fəaliyyətlərində fotoları mən çəkdiyim üçün o şəkil çəkməyə qarşı olan çəkingənliyim də aradan qalxır. Əvvəl hətta ən yaxınlarımın belə yanında şəkil çəkməzdim.

Söhbət öz şəklimi, selfie çəkməkdən getmir, ümumiyyətlə, nəyin olur olsun, şəkilini çəkə bilməzdim. Bu işimin mənə qazandırdığı bir müsbət məqam. :)

IMG_20211120_132939.jpg

Yuxarıdakı Heydər Əliyev Mərkəzi isə iqamətgahımızdır. Ofisimiz bu binada yerləşir. İstiliklə bağlı problemlərimiz olduğu üçün içəridə donuruq. Düşünün, nə internet var, nə də ki istilik, hətta sanitar qovşaq belə yoxdur.

Mənə nə çatmır? Bu boyda mərkəzi tikən vaxt niyə axı bir nəfər çıxıb sual verməyib ki, ay balam, bəs bunun içində olanlar əllərin harda yuyacaqlar? Toilet üçün hara gedəcəklər? Ciddən, maraqlıdır ha. Milyonlarla vəsait xərclənib bu binaya, amma içində nə sanitar qovşaq, nə istilik, nə də internet var. Eləcə daşları üst-üstə düzüblər.

Nə bilim. Deyiləsi o qədər dərd var ki... Hələ aşağıdakına baxın. :D

IMG_20211118_120139.jpg

Deməli, bütün zonaların iştirakı ilə 2 gün saat 11-dən, axşamçağı saat 7-yə qədər online təlimlər oldu. Təlimin ilk günü sual veriblər ki, bəs görüşdən gözləntiləriniz nələrdir? Biri də yazıb ki, Saatlı.

Nə əlaqə, baba?))) Saatlı nədir?) Görüşdən gözləntim Saatlıdır. Heç nə. :D

Hər birinizə xoş həftəi içi, rahat işlər diləyirəm. Bolca qazanclar!

Sort:  
 2 years ago 

Bizdə hər şey bəzək üçündü :D

 2 years ago 

Başlıqda maralı oxuyuram, deyirəm görən, kimin maralından yazıb Kamran?))) Oyunun olsun elə))

Yeni rejimimiz də mübarək)

 2 years ago 

çox maralı işiniz varmış djdksks

Coin Marketplace

STEEM 0.29
TRX 0.12
JST 0.032
BTC 62276.80
ETH 3005.63
USDT 1.00
SBD 3.62