Bir vaxtlar buralar Çiçəklənəcək! || Steemit və Azərbaycan insanı

in Steemit Azerbaijan☪✔3 years ago

Yurdum insanı çox acımasızdır. Cem Yılmaz bir Stand-up'ında türklərin görülən işə necə yuxarıdan aşağı, acımasız baxmasını belə ifadə edir. Deməli, Avstraliyadan bir sehrbaz gəlib İstanbula. Sehrbaz şounun bir hissəsində havaya qalxma nömrəsini göstərir. Adamın ayaqları yerdən üzülüb, havadadır. Ön sıradan biri qayıdıb deyir ki, orda kesin ip vardır a*k. Düşünün, izləyici izləməkdən zövq almaq yerinə oturub "adam uçmur, arada ip var" deyir.

pexels-rfstudio-3059747.jpg
Link to Photos

Nəsə. Hazırda yurdum insanının da Steemitdə münasibəti konkret bu örnəyə oxşar haldadır. Düşünün, rəsmi Facebook səhifəmizə bir qaqaş elə bir mesaj yazıb ki, sanki platformanı biz qurmuşuq-zad. Hamı ancaq nöqsan axtarır. Deyirsən ki, a kişi gəl iki kəlmə yazı paylaş, ay sonu minimum 20-30 dollar varındır. Yenə də adamlar mız qoyur. Halbuki 10 qəpiyin çatmasa, metroya minə bilmirsən.

Qısası, əksəriyyət əziyyət çəkməyi bir qırağa qoyub, sadəcə işin qüsurlarını axtarır. Təbii ki, haqlıdır. Heç kim əziyyətinin yerdə qalmasını istəməz. Amma hər şey də ortadadır axı. Blokçeyndir, kim nəı qazanır, hamısı saniyəsinə qədər, qəpiynə qədər görünür. :/

pexels-david-mcbee-730564.jpg
Link to Photos

Nə bilim. Şəxsən, əminəm ki, Steemit Azerbaijan çox böyüyəcək. Böyük proyektlər, işlər görəcik burda. Hazırda çox dəyərli insanlar topluluğumuzun üzvüdür və getdikcə artırırıq. :)

Sort:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

 3 years ago 

İnkişaf edirik, zamanla insanlar bizi axtaracaq, buna əminəm.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63914.63
ETH 2664.93
USDT 1.00
SBD 2.77