1 Milyon Manatınız olsa... || Pulun satın ala bilməyəcəyi şeylər

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Gəlin sizə bir neçə sual verərək pula dair düşüncələrinizlə oynayım. :)

pexels-hong-son-4482581 (1).jpg
Link to Photos

Bax bu dəqiqə 1 milyon manatınız olsa, nə edərdiniz?

Mümkün cavablar yəqin bu formada olacaq: banka faizə qoyardım, iş qurardım, bizneslərə yatırım edərdim, ev alardım, maşın alardım, Bakıdan 3-4 ev alıb kirayəyə verərdim və.s ilaxır.

10 milyon manatınız olsa, nə edərdiniz?

Yəqin ki yuxarıdakından daha böyük istəkləriniz olardı... :)

Bəs yaxşı, 100 milyon manatınız olsa, nə edərdiniz?

Yəqin ki daha, daha, daha böyük şeylər düşünərdini...

Lap yaxşı, gəlin belə deyim, dünyada nə görürsünüzsə, ala biləcək gücdəsiniz. Nə bilim, istədiyiniz şəhəri içindəki bütün ev, maşın, torpaq sahələri və əşyaları ilə ala biləcək həcmdə pulunuz var. Həm pulunuz, həm də gücünüz var. Balansınızdakı pul limitsizdir. Bəs bu halda nə edərdiniz?

Bu sualın cavabı hər zaman belə olacaq: yəqin ki xoşbəxt olmazdım.

pexels-suzy-hazelwood-1999352.jpg
Link to Photos

Gəlin sizə bir də hekayə danışım.

Deməli, Henry Ford var ha,o Ford maşınlarını buraxan şirkətin sahibi həmin o Henry Fordun oğlu intihar edərək həyatına son verib. İntihardan öncə yazdığı məktubda isə aşağıdakı sətirləri yazmışdı:

Ata, bu vaxta qədər xəyalını qurub da əldə etmədiyim heç nə olmadı. Nə varsa, nə xəyal etmişəmsə, öncədən hazırlamısan və heç birində mənim əməyim yoxdur. Artıq xoşbəxt ola bilmirəm. Gedirəm...

Maraqlı və gerçək bir hekayədir. Bu məktubdan çıxan nəticə: aldığımız bütün brendlərin də, dünyanın ən bahalı dərilərindən hazırlanan kürklərin də, dünyanın ən bahalı daş-qaşlarının da, briliyantlarının da heç bir mənası yoxdur... Vallahi yoxdur!

pexels-pixabay-33688.jpg
Link to Photos

Sizi bilmirəm, şəxsən mənim üçün bu şeylərin heç bir anlamı, mənası yoxdur. Pula olan ehtiyacım heç zaman maddi bir şeylər əldə etmək, həmin şeylər olmasa, yaşaya bilmərəm tərzində olmayıb. Təbii ki, gündəlik tələbatlarımı ödəməkdən tutun da, ayağımı hara atsam, pula bir şəkildə ehtiyacım olur. Burda demək istədiyim gündəlik minimalist şəkildə ehtiyaclarımı qarşılayıramsa, heç və heç zaman artığına görə özümü düşüncələrə salmıram. Məni pul barədə düşüncəyə salan tək şey pulun günü bu gün həyatımda tam olaraq maddi olmayan, əşyalarla bağlı olmayan bəzi problemləri aradan qaldırma qabiliyyətinə malik olmasıdır.

Bilirəm, düşünürsünüz ki, necə olur o şey? :) Olur da. Pul hər zaman nəyisə alıb özünü tatmin etmək üçün lazım olmur.

pexels-hector-perez-4573958.jpg
Link to Photos

Həyatım mənasını, nə üçün doğulduğumu, həyatda nə istədiyimi tapmış biriyəm. Məhz buna görədir ki, bu qədər anlamsızlığın, mənasızlığın içində intihar etməyib hələ də həyatdayam və bu sətirləri yazıram.

Böyük şəxsiyyətlərə və bir çoxlarına görə, insan öz düşüncəsi, şüuru, düşünə bilmə qabiliyyəti ilə yer üzündəki ən müqəddəs varlıqdır. Mənə görə isə, ən bədbəxt canlıdır. Həqiqətən da, insan niyə yaşayır ki? Şüursuz olub, sadəcə nəslimizi artırmaq və həyatda qalmaq kimi təməl hədəfimiz üçün çalışardıq da. Həyatdan da artıq bir gözləntimiz olmazdı...

Hə, indi gələk bayaqkı yazını bitirməyə.

pexels-quang-nguyen-vinh-6416090.jpg
Link to Photos

İnsan üçün məna daşıyan tək şey maddi deyil, mənəvi olaraq aldığı zövqlər olmalıdır deyə, düşünürəm. Mənəvi deyərkən nəyi nəzərdə tuturam. Bura daxildir: Gəzmək, Kəşf etmək, Yeni Təcrübələr qazanmaq və Öyrənmək.

Misal, çox istərdim ki, bu dəqiqə Vietnamın tanımadığım hansısa bir ucqar kəndinə doğru tanımadığım, ilk dəfə getdiyim bir yolla gedim və o yolda azıb gedib başqa tanımadığım bir yerə çıxım. Sel gəlsin, düşüm yağışa... Bir gün mütləq olacaq. Sadəcə sanki səbrim sınanır ki, indi olmasın. :/

a8dc42ca_94dad451dd7c6d4456d6d62350002a46.jpeg
Link to Photos

Adicə Namibiya haqqında keçən yazımda Gəmi Məzarlığı, qəbilələr haqqında danışmışdım. Vallahi, bütün bu əziyyətlərdən sonra gedib ora çıxmağın, sonra da o gəmilərdən birinin içinə girərkən keçirəcəyim hislərin, oraları görərkən, qəbilələrlə tanış olarkən keçirəcəyim hislərin yerini heç nə verə bilməz. Mümkün deyil. Nə Nyu York küçələrində Lamborgini sürmək, nə dünyanın ən zəngin insanı olmaq, nə dünyanın ən bahalı saatını taxmaq, nə dünyanın ən bahalı kürkünü geyinmək, nə də dünyanın ən gözəl qızı ilə sevgili olmaq...

pexels-arthouse-studio-4344876.jpg
Link to Photos

Tanımadığın bir yerdə, ilk dəfə olduğun bir yerdə dəniz kənarından okeana baxmaq. Necə kiçik olduğunu, bir gün yox olacağını bilib daha çox risk etmək, yaşamaq...

Bunlar pulla alınmayacaq duyğulardır, anlardır bunlar. Pul sadəcə bir vasitədir. Gerisi cəsarətə, nə qədər istədiyinə və böyük ölçüdə həyatda tapdığın mənaya qalır...

Belə. Bu da mənim həyata, maddiyyata və bir az da fərdin azadlığına olan baxış bucağım. Anonim birinin dediyi kimi: "Ceketinizi alıp çıkarak dünyanın istediğiniz yerine gidebilecek kadar özügür olun..."

pexels-dziana-hasanbekava-5589439.jpg
Link to Photos

Bəlkə də, çatdırmaq istədiklərimi tam izah edə bilmədim. Yazının uzun olmaması və sizə rahat olması üçün burda bitirirəm. Növbəti yazılarda bu mövzuya mütləq toxunacam və həyata, yaşama dair fikirlərimi daha geniş açacam. Hətta bu postu o qədər böyük yazmışdım ki, silib bu qədərini sizlə paylaşdım. Qalanını növbəti postlarda paylaşacam. :)

Oxuduğunuz üçün hər birinizə dərin təşəkkürlər. Ha, bu arada bu postu instagramda bir səhifənin paylaşımından ilhamlanaraq hazırladım.

Rəy bölməsində sizin baxış bucaqlarınızı da bilməyi və sizdən də bir şeylər öyrənməyi çox istərdim. Ümid edirəm, nəzərə alacaqsınız. :)

Sort:  

İnsan gözləntilərini sıfırlayanda xoşbəxt olur. Bu qədər bəsit.

 3 years ago 

Düz deyirsiniz. Tam olaraq.

 3 years ago 

Kamran- sən evlən qardaş, evlən...

 3 years ago 

Tutarlı bir səbəb görsəm, evələnərəm. :D

 3 years ago 

Nə gözəl yazıdır. Xüsusən, səyahət arzusunda ortaq arzular gördüm
Baxış bucağına gəldikdə, böyük müdriklərdən olan Şəms Tıbrizinin belə bir fikri var:
"Öz daxilinə səyahət etmiş biri bütün dünyanı gəzmiş kimidir"
Bu fikir mənim gənclikdə şiddətli səyahət arzum üçün bir təsəlli olmuşdu. 🙂

 3 years ago 

Daxilimdə çox yaxşı səyahət edirəm, insana özünü tanıdır. Tamamlanmağım üçün xaricdə də xeyli səyahət etməliyəm. :\

Rəyiniz üçün təşəkkürlər. :)

 3 years ago (edited)

Əvvəla SALAM😉😎 DÜNYA MALI DÜNYADA QALAR.
PULLA ÇOX ŞEYİ ALA BİLƏRSƏN, AMMA BU HƏR ŞEY DEMƏK DEYİL Dəyirman qrupunun müğənni Elnarə xanımla duetləri yadıma düşdü:
Cibdə varsa pul, life is wonderful(həyat möhtəşəmdir, gözəldir) boş söhbətdir. Bu pul hərislərinə aiddir.
Şəxsi fikrimdir. Məbləğin 1 hissəsini özümə yatıraram. Gələcəyimi (yaşıdlarım o tərəfdən baxırlar mən hələ də gələcək düşünürəm)))qura biləcək təhsil almaq üçün. Elə bir təhsilki, ətraf mühitdən asılığı az olsun, digərini depozit olaraq daşınmaz əmlak alıb dövr etdirmək.(bankda depozit faizinə qarşıyam.Ona görə bank mənlik deyil,istər mln faiz artım olsun) digər bir hissəsi ilə ehtiyacı olanlara yardım etmək. Çünki, Mənə qalan o 3cü olacaq...Fikirlər
Çox bunu ödəyəcək SP yox)) İNŞƏƏALLAH bir gün üz-üzə oturub bu mövzuda rahat söhbət edərik.
Axı Namibiyaya gedəsi olsan ehtiyyatlı ol. O boyda dünyanı gəz, get çıx Namibiyaya nədirki, gəmi məzarlığını seyr edəsən. Meyit gəminin içərisinə girərkən, keçirəcəyin hiss bu olacaq, mənə lazım idi, o boyda yolu gəl burada ilan, əqrəb sancsın

 3 years ago 

Çox fikir var, Orxan. Bilirəm nələri nəzərdə tutursan. Rəyin üçün təşəkkürlər :)

 3 years ago 

Xoşdu Bro. Təşəkkürə gərək yoxdu

 3 years ago 

Çox dərin yazmısan. İnsanı düşündürən bir postdur. Beynimizin pasın açfığınçün minnətdaram

 3 years ago 

Yazmağı sevirəm. Gözlər əl vermir, yoxsa buranı kitaba çevirərəm. Təşəkkür edirəm :)

 3 years ago 

Qardas yaxsi isteklerin var amma hamisi pulun basindadir.
Vyetnamda filan kentde olmaq ucunde pul lazimdi kef elemek ucunde pul lazimdi biznes tecrubeside pulsuz olmur )))
Seninle o vaxt razilasaramki heyatda heckime borcum olmasin ve ayliq maasim ayda 5-6 min dollar olsun.
Normal yasamaqdan danisiram 😉

 3 years ago 

5-6 min dolların 7-8 minlik dərdi var.

Rəyiniz üçün isə təşəkkürlər. :)

 3 years ago 

Anı yaşayırıq Kamran. Pulun ala bilməyəcəyi şey keçən zamandır. Vasitə olmaq da olar, vasitəçi olmaq da. Biz an içərisində olduğumuz yerdən və istəklərimizdən aslı olaraq etdiyimiz hərəklətlərlə vasitəçilik etmiş oluruq. Böyük pullar qazanmaq özü o qədər çətin və maraqlıdır ki, onu qazana bilmək ən azı Azərbaycandan gedib Namıbiyada gəzməkdən də çətindir. Sənin ala biləcəyin gələcək nəzərdə tutub irəlilədiyin hədəflərindir. Minnətdaram...

 3 years ago 

Çoxun çox dərdi var. Çox var deyə çox xərcləyəcəksən deyə bir mənası da yoxdur. Az ehtiyac insanı hər zaman stressiz edir.

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63960.62
ETH 3142.95
USDT 1.00
SBD 3.95