Möcüzə

in Steemit Azerbaijan☪✔3 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

bulud.jpgphoto
Nədir möcüzə? İnsanlar qeyri-adi şeylər girəndə deyir ki, möcüzədir. Əslində hər şey elə möcüzədir. Ən böyük möcüzə elə insanın özüdür. Həyatda hər bir şey elə möcüzədir. Adi havanı götürək. Bir gün yay olur, bir gün qış olur. İnsanı götürək, torpağı, suyu, hər nəyə diqqət etsək, orda bir möcüzə görə bilərik.

C_2_articolo_3104333_upiImagepp-816x500.jpg
Photo
Allahın yaratdığı hər bir şey möcüzədir. Adicə hər hansı bir meyvəni götürək, üzüm bir toxumdan əmələ gələn bir ağac olur. Bu ağac nə qədər meyvə gətirir, hər meyvənin bir güləşində nə qədər toxum olur. Adi günəbaxanı götürərək, bir toxum əkirik min toxum çıxır. Hər nəyə baxsaq görərik ki, möcüzədir. Adi televiziyanı götürək, telefonu götürək. Adam neçə min km. səndən uzaq olmasına baxmayaraq, onunla görüntülü danışırsan. Bu möcüzə deyil bəs nədir. Əsl möcüzə isə insanın özünü tanıması, tapmasıdır. Bütün yaranmışların ən möcüzəlisi insandır.

431562.jpgphoto
İnternetdə möcüzə haqqında o qədər şeylər var ki, adam baxdıqca inanmaq istəmir. Düşünürsən ki, yəni belə bir şey ola bilər? Adi bir misal çəkim. İnsan bir şeyi görür, sonra gözünü yumur, ancaq yenə həmin gördüyü əşyanı, gözüyumulu da görür. Həyat başqan ayağa elə möcüzədir. İndiki zəmanədə elm, texnologiya o qədər inkişaf edib ki, hər gün bir möcüzə ilə rastlaşırsan. Təsəvvür edin ki, insan yerdə bir düyməni basmaqla gedib aya çıxır. Allahın yaratdığı hər bir şey möcüzədir.

15354617085261432743_1000x669.jpg
Photo

Sort:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62070.52
ETH 2422.73
USDT 1.00
SBD 2.64