Kişi sözü

in Steemit Azerbaijan☪✔3 years ago

Hər vaxtınız xeyirli olsun. Steemit yazarlarına salamlar olsun.

Kişi_sözü_(film,_1987).jpgPhoto
Bir Azərbaycan kinosu var: "kişi sözü." O kinoda Qasımın atası olur, adı yadımdan çıxıb, qoca kisi olur. Həmin bu Qasımın atası, bacısıyla şahmat oynayır.Orda o kişinin bir sözü var: deyir ki
-indi mən hirsləndim, bibinə dedim ki, sənin başını kəsəcəm, indi durub bibinin başını kəsməliyəm? Qasım da deyir ki, demisən, eləməlisən. Əvvəllər kişilər söz deyərdi, söhbət bitərdi. İndi isə insanlar kişi sözünü elə ucuz tutublar ki, biabırçılıqdır.

i.jpegphoto
Deyirəm kimi tanımaq istəyirsən, onunla bir iş gör. Bu yaxınlarda 2-3 nəfər ilə birlikdə bir iş görmək istədik. Razılaşdıq, elə oldu ki, pulu mən tapıb, gətirdim. Bunlara dedim ki, pulu tapa bilərəm. Kişi kimi söz verdilər ki, bir yerdə həll edərik. Dedim ki, yanımda ikiniz də dilinizlə deyin ki, kişi kimi söz verirəm. Onlar da dedilər ki, kişi kimi söz veririk. Belə şeylər başıma çox gəlib. Ona görə də deyirdim ki, yanımda söz verin. İş alınmadı, onlar da sözlərinin üstündə durmadılar. İndi sözüm bunda deyil. Birinci dəfə deyil ki, belə "kişilər" ilə rastlaşıram. Deyirəm kisi kimi söz verdiniz axı. İkisi də bir ağızdan dedilər ki, nə olsun ki. İnsan verdiyi kişi sözünü oyuncağa döndərir. Ayıbdır adam kisi olar. Kişi sözüylə yox, əməli ilə bilinər.

1535723264_zakonu-soz-nstagram-sekilleri-2-11.jpgPhoto

Sort:  
 3 years ago 

İndi at izi it izinə qarışıb. Kişi görnüşlü o qədər var ki. . .ama sonra baxırsan ki ....nəysə

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 61986.20
ETH 2421.27
USDT 1.00
SBD 2.63