Üç həfdəlik kredit

in Steemit Azerbaijan☪✔3 years ago

Zövqlə və bahalı geyinmiş bir adam Nyu-Yorkun ən yaxşı banklarından birinə girir. Növbəsi çatdıqdan sonra müştəri xidmətləri nümayəndəsinə yaxınlaşır.

indir (1).jpeg

–Mənə çox təcili 3 həftəlik 5000 dollar lazımdır, onu dərhal ala bilərəmmi?
Müştəri nümayəndəsi kişinin geyimindən, danışığından çox təsirlənsə də, prosedur gərəyi əvvəllər bu bank ilə işləyib-işləmədiyini, hesablarının olub-olmaması kimi suallar verir.

new_york_institute_of_finance_58e68aa33b7d7.jpeg

Kişi isə "xeyir bu bankla işləməmişəm, lakin kredit üçün gərəkənləri təmin edə biləcəyini" düşündüyünü bildirir. Ama rica edərək təcili olduğunu təkrar bildirir. Və davam edərək;

–Ağlıma bir həlli yolu gəlir; Bankın tam qarşısında mənim 200.000 dollar dəyərində Rolls Royce avtomobilim var, onu sizə girov olaraq qoya bilərəm və 3 həftədən sonra 5000 dolları faizi ilə birlikdə ödəyib, yenidən maşınımı geri alaram, sizcə belə bir həll uyğundurmu?

2880-1800-crop-rolls-royce-phantom-viii-c496828022018123953_1-960x600.jpg

Müştəri nümayəndəsi bunu dərhal məmnuniyyətlə qəbul edir, kişinin "Rolls Royce" markalı avtomobili bankın dayanacağında ​​saxlanılır və kişi istədiyi 5000 dolları götürüb çıxıb gedir.

Tam üç həftə sonra həmin şəxs yenidən eyni müştəri nümayəndəsinin yanına gəlir, borc götürdüyü 5000 dolları və üç həftəlik müddət üçün hesablanmış 15 dollar 42 sentin faizini ödəyir. Müştəri dayanacaqdan maşınını götürmək üçün çıxarkən, müştəri nümayəndəsi deyir:

Bağışlayın, necə olur ki sizin kimi bir insan 200.000 dollarlıq Rolls Royce avtomobilini cəmi 5000 dollar üçün girov qoyur? Sirr deyilsə bilmək olar səbəbini?

080120201231168784146.jpg

–Nyu-Yorkda cəmi 15 dollar 42 centə mənim Rolls Royce-a heç nə olmayacağına əmin olduğunuz başqa bir dayanacaq bilirsinizmi? sualına sual ilə cavab verir.

İmage

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.028
BTC 70213.83
ETH 2453.22
USDT 1.00
SBD 2.38