Bostana daş

Xoş gördük! Xeyli zamandır burda yazı yazmıram. Amma yazmıram o demək deyil izləmirəm. Demək olar bütün yazılardan, paylaşımlardan xəbərdaram.
Məsələn:
Burda @zaxar22 qardaşın bal haqqında rus dilində yazılarını deyim. Zaxar qardaş son həftələr demək olar ki ancaq baldan yazır. Bilmirəm arıçılıqla məşğuldu, yoxsa bal ticarətiyləmi 🤷‍♂️.
Yadıma bir əhvalat düşdü.
Bir Şah olur.

resource_20151229025812.png

Necə olursa şah yata bilmir. Yuxusu çəkilir ərşə. Əmr edir ki ona nağıl danışsınlar, o da nağıla qulaq asıb bəlkə yata bilə. Ama şərt var. Nağıl uzun olmalıdı ki şahı yuxu aparana qədər davam etsin. Birdə ki, kim bacarsa kisəylə qızıl mükafat alacaq. Hamı nağıl bilir, əmma ki bu qədər uzunluqda yox. Axırda bir çox bilmiş gəlir, deyir mən danışaram.
Şah uzanır deyir başla, adam başlayır ki şah sağ olsun;
Varıymış, yoxuymuş bir şah varıymış. Bu şah çoox böyük şah imiş. Şahın sənin ölkəndən böyük buğda anbarı varıymış.

hqdefault.jpg

Anbarın divarında balaca bir deşik varıymış, o deşikdən hər saniyədın bir, bir buğda düşürmüş. Yaxınlıqda bir dənə də toyuq varıymış.
Toyuq gəlir anbarın yanına, dəni görür. Buğda düşür toyuq yeyir, buğda düşür toyuq yeyir, buğda düşür toyuq yeyir...
Şah deyir ki; ə başa düşdük daa bə. Davam eləda nağıla.
Adam deyir- şah sağ olsun o boyda anbardı ee. Buğda düşür toyuq yeyir. Buğda qutarana qədər nağıl davam edəcək...)))
Dediyim odur ki, bu balın min növü olsa tay heç nə)))

foto link

foto link

Sort:  
 3 years ago 

"Bal tutan barbaq yalayar" misalından yola çıxıb da :)

Yeməklə doymayan, yalamaqla doymaz))

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.030
BTC 63186.04
ETH 3392.68
USDT 1.00
SBD 2.50