XOŞBƏXT ömür yoxsa XOŞBƏXT anlar?🌸

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam STEEMİT AZERBAİJAN ailəsi.Ümid edirəm gününüz yaxşı keçib🌸
Mövzu başlığıma baxıb düşünməyin fəlsəfi-fəlsəfi ya sıxıcı bir blog yazacam.Bu dəfə sırf həyatımızın xoşbəxt anlarından danışacam.Mənə görə Xoşbəxt ömür yoxdur.Sadəcə Xoşbəxt anlarımız var.Bu anları yaratmaq isə bizim əlimizdədir.Düşünün adi bir təbbəssümün verdiyi o müsbət enerji gün boyu əhvalımıza necə xoş təsir bağışlayır.
Misal üçün suyu içdikdən sonra butulkasını yol kənarına tullamaq istəyən dostunuzun əlindən onu alın və zibil qabına atın.Dodaq boyalarınızı sildiyiniz salfetləri hara gəldi atmayın.Bu siqaret kötüklərinədə aiddir)))Bol bol kitab oxuyun.

20211204_195046.jpg
Ara - sıra yüksək səslə klassik musiqi dinləyin.Tək başınıza filmlərə gedin.Özünüzlə vaxt keçirməyə çalışın.İnsanların həyatlarına yersiz müdaxilələr etməyin.Başqaları ilə özünüzü hətta başqaları ilə başqalarını belə müqayisə etməyin.Bu bilirsiz nəyə bənzəyir ağla-qaranın, anayla-atanın,gecəylə-gündüzün müqayisəsinə.Necə mənasızdır hə?Sizə yad hiss etdirən yerdə dayanmayın, söhbətləri sıxıcı gələn insanlarla bir mühittə olmağa məcbur deyilsiniz.İlk olaraq hər şeyi ertələməkdən vazkeçin.Bugünün işini sabaha qoymayın.Çünki, unutmayın sabahında mütləq öz işi olacaq😉

20211109_155229.jpg

Və həyatla bağlı öyrəndiyim tək birşey var
"Böyüməyə əsla tələsməyin".Matildanın "Həyat həmişə belədir yoxsa təkcə uşaqkən?"sualına Leonun verdiyi cavabı xatırlayıram.
"BU HƏMİŞƏ BELƏDİR" Özünüz olmaqdan, xəta etməkdən yalnış nəsə deyəcəm deyə danışmaqdan çəkinməyin.
Bağımsız qalın❤
Azad qalın❤

Sort:  
 3 years ago 

Qısaca, sadəcə öz işinizə qarışın, özünüzə diqqət yetirin, başqalarının həyatına mane olmayın. Postu çox bəyəndim ♥️

Təşəkkür edirəm Alsucum🌸

 3 years ago 

💜🤍

Azad qalın. Beyendim xanım qız❤️

Çox sağolun xanım qız🌸

Gözəl postdur👌🏻
"Bugünün işini sabaha qoymayın.Çünki, unutmayın sabahında mütləq öz işi olacaq😉" Gözəl vurğulamısınız.

Çox sağol təşəkkür edirəm 🌸❤

 3 years ago 

Məna dolu post üçün təşəkkürlər 👍🙂

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 61420.98
ETH 3276.21
USDT 1.00
SBD 2.47