Sosial media

in Steemit Azerbaijan☪✔3 years ago

Günümüzdə sosial media çox geniş yayılıb. Ondan istifadə etməyən çox az insan qalıb. Sosial medianın da pis və yaxşı tərəfləri var. Bu dəfəki mövzumuz da bu haqdadır. Sosial media uzaqdakı insanları bir-birinə bağlayır, yanında imiş kimi hiss etdirir. İstədiyimiz vaxt istədiyimiz insanlarla danışa, mesajlaşa bilirik. Boş vaxtlarımızda da nə isə paylaşaraq və paylaşımlara baxaraq xoş vaxt keçiririk. Bunlar yaxşı tərəfləri idi.

human-3175027_1920.jpg

Pis tərəfləri isə bunlardır ki, sosial media hər nə qədər uzaqdakı insanları yaxınımızda imiş kimi hiss etdirsə də, bəzən bizi yaxınımızdakı insalarla uzaqlaşdırır. O qədər sosial mediaya aludə oluruq ki, yanımızdakı insanlara diqqət etmirik, söhbət etmirik, önəmsəmirik. Digər pis tərəfi isə odur ki, harasa gedəndə bunu özümüz üçün yox, sosial media üçün edirik. Getdiyimiz yerdə xoş vaxt keçirmək yerinə, sosial mediada paylaşmaq üçün yüzlərlə şəkil çəkdiririk. Bunu insanların gözünə soxmağa çalışırıq. Başqa pis tərəfi isə insanların həyatlarının sosial mediadakı kimi olduğunu düşünüb üzülməyimizdir. İnsanların instagram hekayələrinə baxıb, getdikləri yerlərin şəkillərinə görüb onların mükəmməl həyatı olduğunu, bizimsə sıxıcı həyatımız olduğunu düşünürük. Amma təbii ki, elə deyil. Heç nə sosial mediada göründüyü kimi deyil.

technology-3353701_1920.jpg

Siz çalışın, sosial mediadan istifadə edərkən, yaxşı tərəflərini dəyərləndirin, pis tərəflərindən uzaq durmağa çalışın. Sosial mediaya aludə olmayın. Ətrafınıza da diqqət yetirin. Sosial media üçün yaşamayın. Özünüz üçün yaşayın və xoş vaxt keçirin. Son olaraq sosial mediada gördüyünüz hər şeyə inanmayın. İnsanların hekayələrinə baxıb, sıxıcı həyatınız olduğunu düşünməyin.
Oxuduğunuz üçün təşəkkürlər. Fikir bildirsəniz sevinərəm.
Fotolar pixabay saytından götürülmüşdür.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 64432.28
ETH 2648.26
USDT 1.00
SBD 2.78