Özünüzü necə tanıtmalısınız?

in Steemit Azerbaijan☪✔3 years ago

Bir çox insan ünsiyyət problemi yaşayır. İlk görüşmədə insanlarla necə ünsiyyət quracaqlarını, necə söhbət başladacaqlarını və söhbəti necə davam etdirəcəklərini bilmirlər. Məsələn, bir insanla ilk görüşdə necə tanış olacaqlarını bilmirlər, iş görüşməsinə gedərkən özlərini necə tanıtmalı olduqlarını bilmirlər. Çox vaxt özlərini tanıda bilmədiklərinə görə işə alınmırlar. Məsələn, eyni yerdən məzun olmuş 2 şəxs var. Bunlardan biri özünü yaxşı tanıdır. Digəri isə özü haqqında 1-2 cümlədən artığını deyə bilmir. Bu zaman təbii ki də özünü tanıda bilən işə alınacaqdır. Özünü tanıda bilməkdən əlavə, inanmaq və nə istədiyini bilmək də önəmlidir. Özünə inanmayan, nə istədiyini bilməyən, ünsiyyət qurma bacarığı olmayan, özünü tanıda bilməyən insanlar hər zaman arxa plana atılır.

shops-1014038_1920.jpg

Yəqin ki, hər birimizin ətrafında ünsiyyətcil bir neçə dəqiqənin içərisində hər kəslə səmimiyyət quran insanlar var və o insanların necə sevildiyini, ön planda olduğunu da bilirsiniz. Bəlkə də o ünsiyyətcil sizsiniz. Əgər deyilsinizsə, ünsiyyət qurma, özünüzü tanıtma bacarıqlarınızı inkişaf etdirməyə çalışın. Biri ilə tanışarkən rahat davranın, özünüz olun. Özünüzü 10-15 cümlə ilə tanıdın. Cümlə sayı az olduqda qeyri-ünsiyyətcil, yetərsiz kimi görünürsünüz. Çox olması isə ona görə yaxşı deyil ki, heç kim özü haqqında çox danışan insanları sevməz. Bu zaman özünü bəyənmiş kimi görünərsiniz. Ünsiyyət əsnasında isə insanları güldürəcək şeylər danışın, gülməli hadisələr danışaraq insanları güldürün. Bu zaman özünüzü pozitif biri kimi tanıtmış olacaqsınız. Özünüzü tanıtmaqdan çəkinməyin. Qeyri-ünsiyyətcil biri olmanız heç vaxt ünsiyyətcil biri olmayacağınız mənasına gəlmir.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63178.17
ETH 2581.50
USDT 1.00
SBD 2.71