Öz qərarlarımızı verə bilmək

in Steemit Azerbaijan☪✔3 years ago

Verdiyimiz qərarlar həyatımızın hansı yönə istiqamətlənəcəyini bəlli edir və gələciyimiz yerə böyük təsir edir. Bəzən kiçik görünən qərarların böyük fəsadları olur. Ona görə də qərar verərkən 100 ölçüb 1 biçmək lazımdır. Amma qərarsız qalıb, bizim yerimizə qərar verməyi heç kimin öhdəsinə buraxmamalıyıq. Unutmayaq ki, ən pis qərar belə qərarsızlıqdan daha yaxşıdır. Düzgün qərarlar verməyə çalışmalıyıq. Yanlış qərar verdikdə belə bundan dərs çıxartmağı bilməliyik. Əsas odur ki, öz verdiyimiz qərarların nəticəsini yaşayaq, başqalarının bizim adımıza verdiyi qərarların yox. Öz verməli olduğumuz bütün qərarları kimlərinsə bizim adımıza verməsinə icazə verməklə, öz həyatımızın iplərini də onların əlinə vermiş oluruq və beləliklə öz istədiyimiz həyatı yox, onların bizim üçün istədikləri həyatı yaşayırıq.

man-5723449_1920.jpg

Bu həyatın bizə bir dəfə verildiyini nəzərə almalı, qərarları özümüz verməli və həyatımızı özümüz istiqamətləndirməliyik. Bizim adımıza qərar verən ailəmiz belə olsa, qarşı çıxmalıyıq. Məsləhətləri dinləməli, amma son qərarı özümüz verməliyik. Bəzən valideynlər ən yaxşısını özlərinin bildiyini düşünüb övladlarının yerinə qərar verir, onlara seçim haqqı tanımırlar. Bunu övladlarının yaxşılığı üçün etdiklərini zənn edirlər. Amma belə etməklə zəif iradəli, öz qərarlarını verə bilməyən zəif insan yetişdirirlər. Yanlış qərar belə olsa, insan öz qərarlarını özü verməlidir və bu yanlışlar sayəsində təcrübə qazanaraq düzgün qərar verməyi öyrənməlidir.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.

Sort:  

You've got a free upvote from witness fuli.
Peace & Love!

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 64455.55
ETH 3147.84
USDT 1.00
SBD 3.94