♥️club5050. Çox belə baxma, aşiqi yaxma...(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, sabahınız xeyir, necəsiniz? Bütün sabahlarınız xeyirliyə açılsın, bu bir. İkincisi də postun adını oxuyanlar yəqin bunu sevgi etirafına həsr olunduğunu zənn eləyəcəklər. Əslində düzdü. Sevgi etirafları haqqındadı. Amma harada, necə. Söhbətimi sevgi etiraflarının tarixi haqqında bildiklərimlə başlamaq istəyirəm. Lap da Adəmlə Həvvadan yox, təbii ki. Onların sevgi etirafı olub, ya yox, bilən yoxdu:) Ən gözəl sevgi etirafları kağızlara qələmlərlə yazılıb. O məktubların üstündə də içindən ox keçirilmiş bir qırmızı, əyri ürək. Hamı rəssam deyildi ki, o ürəkləri simmetrik çəksin. Həm bildiyimiz o ürək rəsmlərinin bir yox, iki ürək birlikdə olduğunu bilirsinizmi? Yavaş - yavaş tarixin səhifələrini vərəqləyə-vərəqləyə üzü bu tərəfə gələk. Dünən bir divarda sevgi etirafları görmüşəm. Bu postu yazmaq fikri də oradan qaynaqlanır.

IMG_20220727_112040.jpg

IMG_20220727_112022.jpg

IMG_20220727_112011.jpg

Bunu yazan Samir gədə çox dəliqanlıdı. Bir az ruscası da var. Adam lap "ə duuur" demək istəyir. Birinci şəkli anlamadım. Ürəyin içindəkilərin baş hərfləri fərqlidi. Bu Farid burada üçüncü adamdı. Nəysə ki, çox dolaşıq məsələyə oxşayır. Buradan məhəbbət üçbucağının iyi gəlir. Xətası bizdən uzaq olsun.

IMG_20220727_111958.jpg

IMG_20220727_111945.jpg

Ümumiyyətlə, belə divarlara bunları yazanlar nə yeyib-içirlər mənə maraqlıdır. Küçədə bir zibil görəndə alıb çantama atıb gətirib zibilliyə atan adamam mən. İctimai yerləri bu günə qoyanlar, hansı ailədən çıxıblar, hansı tərbiyə verilib onlara? Məktəblər də belədi ha. Partaların üstündə instagram profil ünvanları, telefon nömrələri. Görəsən bu divarda ünvanlanan sevgi söhbətlərinin personajları bunları görür, oxuyur? Çox güman ki, yox. O yuxarıdakı Samir gədə demiş, zato biz ötüb - keçənlər oxuyuruq, ürəyimiz bulanır. Mən yenə günahı böyüklərdə görürəm. Çünki uşaq ailədən görüb - götürür. Mənim övladım ona üzdə "bu şeyi eləmək, olmaz" - deyib həmin şeyi elə uşağın gözünün qabağında elədiyimi görürsə, artıq mən uduzmuş hesab olunuram. Ona görə deyirlər ki, uşağını tərbiyə eləməyə çalışma, özünü tərbiyə elə, yetər. Sevgi etiraflarları belə bayağı şəkildə divarlara yazılmağa başlandıqdan sonra sevgi də ucuzlaşdı. İndi sevgilər beşgünlük, ongünlükdü. Sevgi gizlilik istər, pünhan istər. Çalışın, sevginizi ictimai iaşə obyektlərinin divarlarına rəva görməyin. Onu o cızdığınız qəlbinizdə saxlayın. Belə. Oxuduğunuz üçün təşəkkürlər.
@aydanismayil

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.029
BTC 65265.67
ETH 3326.63
USDT 1.00
SBD 2.63