Güclü iradə

in Steemit Azerbaijan☪✔3 years ago

İradə özünütərbiyə, nəzarət, səbr, dözümlülükdür və müvəffəqiyyətə çatma yolunda əsas amildir. İradəsi güclü insanlar və iradəsi zəif insanlar var. İradəsi güclü insanlar pis şeylərdən çəkinər, nəfislərinə hakim olar və uğur yolunda əzmlə irəliləyərkən, iradəsi zəif insanlar, "Yox" deməkdə, nəfislərinə qalib gəlməkdə, üzləşdikləri çətinliklər qarşısında acizdirlər. Bu insanları pis yola çəkmək daha asandır. Güclü iradəyə sahib olmaq və sahib olduğunuz güclü iradəni möhkəmlətmək mümkündür.
1. Fərqlilik edin. Məsələn, normalda sağ əlinizlə yazırsınız. Amma bir neçə gün sol əlinizlə yazmağa çalışın digər bütün işləri də sol əlinizlə edin. Normalda bu işləri sağ əlinizlə etdiyiniz üçün sizə adi gəlir. Amma sol əllə etdikdə və bunun çətinliyini gördükdə beyinə siqnal gedir, daha diqqətli olur.
2. Xərclədiyiniz pulların hesabını tutun. Gündəlik xərclədiyiniz pulların miqdarını və nəyə xərclədiyinizi bir yerə qeyd edin. Günün sonunda nəzərdən keçirin. Bu zaman nəyə gərəksiz pul xərclədiyinizi anlayacaqsınız və bir daha bu hallara yol verməməyə diqqət edəcəksiniz.

coronavirus-5184783_1920.jpg

3. Ertələməyin. "Bu günün işini sabaha qoyma". atalar sözünə əməl edin. Etməli olduğunuz işi vaxtında edin. Ertələdikcə ertələyəcək və o işi etməyəcəksiniz.
4. Qeyri-adi olun. Məsələn, hər zaman qara rəng paltar geyinən birisinizsə, bir müddət qırmızı geyinin. Həmşəki normalarınızdan qırağa çıxın, qeyri-adilik edin. Bu zaman beyinə fərqli biri olduğunuzun siqnalı göndərilir.
5. Hər hansı bir işə başladıqda geri dönüş yollarını yıxın, dağıdın. Bu zaman geriyə yol olmadığını biləcəksiniz. İrəlilədiyiniz yolda ya batacaq, ya da zirvəyə yüksələcəksiniz. Bunun üçün də 2-cini etmək üçün əlinizdən gələnin ən yaxşısını edəcəksiniz. Geriyə dönüş olduğunu bildikdə insanlar arxayınlaşır. Əllərindən gələnin ən yaxşısını etmirlər. Buna görə geri dönüş yolu olmasın.
Bunlara əməl etdiyiniz zaman özgüvənli olacaq və güclü iradəli olacaqsınız. Güclü iradəyə sahib insanın da istəyib əldə edə bilmədiyi heç nə yoxdur.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.

Coin Marketplace

STEEM 0.19
TRX 0.15
JST 0.029
BTC 63618.84
ETH 2623.39
USDT 1.00
SBD 2.78