Duyğularımızı idarə etmək

in Steemit Azerbaijan☪✔3 years ago

Həmişə qarşımıza iki seçim çıxır. Duyğularla hərəkət etmək və ya məntiqlə hərəkət etmək. Duyğularla, hislərlə hərəkət etdikdə onlar bəzən bizi yanıltdığı üçün sonradan məyus oluruq, peşman oluruq. Öz hislərimizi, istəklərimizi seçməyib məntiqimizi seçdikdə də tam xoşbəxt ola bilmirik. Ona görə də həm duyğularımızla, həm də məntiqimizlə hərəkət etməyi bacarmalı, ikisini ortaq məxrəcə gətirməliyik. Bəzən isə elə durumlar olur ki, məntiqlə hərəkət etmək lazım olur. Məsələn, kiməsə əsəbləşdikdə geri dönüşü olmayan, qəlbqırıcı sözlər işlədə bilərik. Amma duyğularımızı idarə edib təmkinli davranmalıyıq.

man-2196323_1920.jpg

Çünki ani bir əsəblə deyilən sözlər qarşı tərəfdə çox dərin yaralar aça bilər və əvvəlki münasibətimizi bir daha bərpa edə bilməyə bilərik. İş dünyasında, hakimiyyətdə də duyğulara yer yoxdur. Məsələn, tarixə nəzər salsaq, taxt-tac uğrunda öz qardaşını, atasını, oğlunu öldürən insanlar olub. Bəzən bizim üçün duyğularımızı idarə etmək çətin olsa da qəlb qırmamaq üçün, daha yaxşı yerlərə gəlmək üçün bunu etməliyik. Amma təbii ki, mal-mülk üstündə ailəni heçə saymağı nəzərdə tutmuram. Ailədən və sevdiklərimizdən önəmli heç bir şey ola bilməz. Məsələn, iş dünyasında hər kəsə yazığı gələn, günahkarları, səhv edənləri cəzalandıra bilməyən bir insan yaxşı yerə gələ bilməz. Əksinə getdikcə batar. Yəni yerinə görə davranmağı bilməli, duyğularımızı idarə etməyi bacarmalıyıq.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.

Sort:  
 3 years ago 

Bəli, insan tutduğu mövqedən, yerdən asılı olaraq hərəkət etməlidir. Lazım olduğunda duyğularını ifadə etməyi bacarmalıdır ki, sonra gec olmasın.
Elə yerlər də var ki, hislərini bir kənara qoyub ağılla hərəkət etməlidir.

 3 years ago 

Bəli, elədir. İnsan duyğularını və ya məntiqini seçərkən tutduğu mövqeyi, olduğu durumu nəzərə almalıdır.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58702.65
ETH 2552.33
USDT 1.00
SBD 2.50