#club5050 🧡 // THE DİARY GAME Better Life. || Date 06.05.2022 Yenə bu şəhərdə üz - üzə gələk... (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Axşamınız xeyir. Necəsiniz? İlin başlamağı ilə yarı olmağı bir oldu. May təntənəsini yaşayırıq. Ən gözəl aydı may. İnsanı zorla evdən qovan ay:) Həm də axı bayramla giriş eləyir may. Mayovka sözü yəqin tanışdır sizə. Deməli, uzun uzun illər 1 may dünya şəhər zəhmətkeşlərinin bayramı kimi qeyd edilib. Loru dillə desək fəhlə bayramı. Mayın biri çatanda iri miqyaslı tədbilər hazırlanırdı. Nümayiş keçirmək üçün günlərlə sıra təlimləri keçirilirdi. Özü də həmişə mayın biri yağış yağırdı:) Nümayişə gedənlər islanıb cücəyə dönüb gəlirdilər. Əllərində selofan paketdə iki kilo xiyar:) Parnik xiyarı təzə-təzə çıxırdı. Evdə analar o xiyarı dilim - dilim kəsib uşaqlara paylayırdı. Ananın özü isə mətbəxdə o xiyarı doğrayanda öz payını "yemiş" olurdu nədənsə.

Screenshot_20220506_191807.jpg

Screenshot_20220506_191753.jpg

Bu da bu günkü şəhər. İns cins yoxdu sanki. İnsanlar da elə bil öz kahalarına çəkiliblər. Hər kəsin öz qılafı var. Öz kiçik dünyası. Həm kiçik, həm də çox böyük. Dediyim o ki, insanlar o böyük dünyalarını öz əllərinə sığışdırıblar. Telefonlarına yəni. Kimdənsə hal əhval tutmaq lazımdı, alış veriş eləmək lazımdı, yemək bişirmək lazımdı, kiməsə nəyisə çatdırmaq lazımdı, pul lazımdı, pul qaytarmaq lazımdı, kommunalları ödəmək, kimdənsə nəyisə alıb kiməsə vermək lazımdı, qız istəmək lazımdı, dərs keçmək, imtahan vermək lazımdı, evdən çıxmağa nə gərək var?) Heç oturduğun divandan tərpənməyə ehtiyac yoxdur. Və beləcə, şəhərimiz qaldı yetim. Evdən bayıra çıxmırıq, təmiz havadan da udmuruq.

Screenshot_20220506_191832.jpg

Screenshot_20220506_191735.jpg

Bir maydan danışırdıq axı. Bir may da yoxdu artıq, o bir may insanları da. Yenə bu şəhərdə üz üzə gələrik, amma bir birimizi tanımarıq. Nə yaxşı ki koronavirus söhbəti oldu, Qəşəngcə bəhanəmiz oldu, guya qorxduq evimizdən çıxmağa. Hardasa oxumuşam ki, insanlar bir bilərini qucaqlayanda bir birlərinə müsbət enerji ötürürlər. Qucaqlamağı demirəm, əl ələ tutuşmağı da yadırğadıq. Tənhalaşdıq, yalnızlaşdıq. Və ən pisi də odu ki, biz bu halımıza alışdıq, onu sevdik. Səhv elədik, şəhərimiz, bağışla bizi. Çünki getməyə başqa bir şəhərimiz yox...

Sort:  
 2 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59715.05
ETH 3186.24
USDT 1.00
SBD 2.42