#Club5050 // THE DIARY GAME Better Life.|| Cənub mənzərələri. 10.05.2022 (100% beneficiaries for Steemit Azerbaijan

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Məktəb vaxtı hamımızın çox eşitdiyi bir ifadə var idi: Azərbaycanda doqquz iqlim qurşağı var. Biz də buna uşaqcasına inanıb fəxr edirdik. Hətta coğrafiyadan 5 alanlarımız da bu faktla elə öyünürdülər ki. Sonra qanmağa başladıq ki, bu heç həqiqətin 100 verstliyindən də keçmir. Burası öz yerində. Amma o da danılmaz faktdır ki, Azərbaycan təbiəti inanılmaz gözəldi və əsrarəngizdi. Cənub bölgəsinin təbiəti də möhtəşəmdi. Bu günlərdə cənubda yaşayan dostlarımızdan hal hazırda oradakı hava, iqlimlə bağlı şəkillər istədim. Hava bizdəki kimi. Durmadan yağışlar yağır. O ki qaldı meyvələrin yetişməsinə, təsəvvür edin ki, onlar artıq iyunun ortalarındadı.

IMG-20220510-WA0004.jpg

IMG-20220510-WA0000.jpg

IMG-20220510-WA0010.jpg

Mandarin (naringi də deyə bilərsiniz) ağacının çiçəklərini görmüşdünüz? Mən görməmişdim və heç belə də təsəvvür eləmirdim. İndi təsəvvür edin ki, o çiçəklər orada nə gözəl ətirlər buraxır havaya. Adam bihuş olar. Bizdə alma ağacları təzə təzə çiçəkləyir. Oraların alması artıq meyvə şəklini alıb.

IMG-20220510-WA0015.jpg

İnsan həmişə əlində olanın nankoru, olmayanın tamarzısıdır. Mən məsələn, üzümü, üstəgəl sitrus bitkilərini çox sevirəm. Düşünürəm ki, həyətində sitruslar yetişən adam nə qədər bəxtəvərdi. Heç vaxt yeyib doymaq olmaz mandarindən. Çünki biz onu kilo ilə alırıq. Say ilə yeyirik:) İndi yəqin ki, cənublular da bağında qoz, fındıq, şabalıd yetişən bizlərə həsəd aparırlar. Adam fındıqdan, qozdan, şabalıddan doyarmı? - deyirlər.

IMG-20220510-WA0005.jpg

Bu xırdaca nemətin adını dəqiq bilmirəm. Özümdən ona cır limon adı qoymuşam:) Çünki dadı və ətri oxşayır. Bir az acıya çalan dadı var deyə çox adam xoşlamır. Yüksək qan təzyiqinin düşmənidi. Mən acı meyvələri xoşlayıram. Meyvələrin təbabətdə istifadəsi ilə əlaqədar təzəlikcə bir fakt da öyrənmişəm. Deməli, biz vitamin deposu dediyimiz meyvələri basıb yeməklə sağlam olacağımızı düşünməklə çox böyük səhv etməyimizi bilirdinizmi? O basıb yeməklə sağlam olacağımız nemətlər tərəvəzlərdi, meyvələr yox. Bunu çox təcrübəli bir həkimin dilindən eşitdim. Məsələn, şəkər xəstəsi bir gündə yalnız bir alma yeyə bilər. Daha doğrusu, yeməlidi. Bir də hər meyvəni öz mövsümündə tükətməli. Belə. Canınız sağlam olsun. Süfrənizdən meyvəni, tərəvəzi əskik etməyin, qaydasınca yeyin. Oxuduğunuz üçün təşəkkürlər 😊

Sort:  
 2 years ago 

Balaca limonun adı Kinkandır, Yusif ona kinkong deyir))

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 61964.40
ETH 2998.63
USDT 1.00
SBD 2.47