//Club5050// Qisas. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, axşamınız xeyir olsun. Nə var, nə yox? Telefonumda ən çox pişik şəkilləri var. Niyəsə insanlar, xüsusilə qadınlar pişikləri daha çox sevirlər. Özlərini sevdirən heyvanlardı. Yəqin ondan.)

IMG-20220724-WA0047.jpg

Bu günlərdə pişiklərlə bağlı baməzə bir əhvalat eşitdim. Deməli, buralar dəmir alanlarla doludu. Küçədə səslərindən qulaq tutulur. Elə intonasiya, elə avazla qışqırırlar ki, istəyirsən bazardan gedib pulla dəmir alıb bunlara verəsən. Hə, ətraf rayonların birində baş verən hadisədi. Küçədə dəmir alan dolaşırmış. Bu yerdə küçənin şəklini də xırıd eləyək:)

IMG_20220723_192918.jpg

Qonşu kənddən bir uşaq bu küçədə yaşayan nənəsigilə qonaq gəlibmiş. Elə evə getməyə çıxıbmış ki, dəmir alanın maşınını görür. Uşaq da yerin həm altını, həm üstünü bilənlərdən imiş. Maşına yaxınlaşır ki, əmi, bizdə çoxlu dəmir var, amma evimiz qonşu kənddədi, - deyir. Əmi də sevincək olur, uşağı da mindirir maşına ki, getsin bunlardakı dəmiri alsın. Uşaq kişini düz qapılarına sürdürür. Çatıb düşür, deyir ki, bəs elə indicə gəlib dəmiri alıblar, biz gecikmişik. Adam əsəbindən dəliyə dönür, amma səbrini basır. Uşağa deyir, eybi yox, dəmir yoxdu yoxdu da, başqa bir şeyin alverini də eləyirəm. Mənə pişik balası lazımdı. Buralarda olarmı. Yaxşı qiymətə alıram. Bir baha qiymət də deyir. Uşaq sevinir. Deyir 3 dənə bizdə var, tapmaq da olar. Kişi deyir ki, 3 dənə azdı. Sən mənə 50 dənə tapa bilərsən? Bu da beh. Çıxarıb uşağa 20 manat verir. Uşaq pulu görüb sevindiyindən bilmir nə eləsin. Deyir əlbəttə taparam. Kişi maşına minir, tapşırır ki, sən pişik balası tap, al bu da nömrəm. Mənə zəng elə, pulu gətirib pişik balalarını aparacağam. Uşaq düşür kəndin canına. Pulla, pulsuz 100 dənə pişik balası tapır, əmiyə zəng eləyir. Ay əmi, 100 dənə pişik tapıb gətirmişəm, həyətimizdədi. Gəlib apara bilərsən. Əmi uşağa bir qışqırıq ki, di get, köpəkuşağı, o pişikləri neynirsən eləyərsən, məni bir də narahat eləmə:) Bu yerdə bir çox atalar məsəlləri yada düşür. İçində etik və qeyri - etik olanlar var. Mən nisbətən yumşaq olanı deyim ki, çox bilən quş dimdiyindən tora düşər. Hekayəmə yaraşdırdığım pişiklərin bu hekayə ilə heç bir əlaqəsi yoxdu. Oxuduğunuz üçün təşəkkürlər 😊

IMG-20220724-WA0044.jpg

Coin Marketplace

STEEM 0.30
TRX 0.12
JST 0.034
BTC 63900.40
ETH 3140.82
USDT 1.00
SBD 3.98