# Club5050 // Bizim yerlər. ||(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, gecəniz xeyir. Necəsiniz? Elə ki post yazmağa əyləşmişdim, qonaqlar gəldilər. Bu gün təbiətdən göz oxşayan şəkillər çəkmişəm. Kənd evlərinin darvazalarının üstündə qızılgül kolları əkmək bizim yerlərin ən şirin adət ənənələrindən biridir. İşə gedəndə yol boyu görürəm, adamın könlü açılır.

IMG_20220601_185626.jpg

IMG_20220601_095357.jpg

Təbiət başdan ayağa sehirli sirli aləmdi. Həyətimizdə söyüd ağacının aşağıdakı budaqlarından birində bir qaratoyuq yuvası vardı. Qabaqlar o yuvada iki bala görmüşdüm. Həyətimizdə pişik olduğundan o qədər narahat olurdum o qaratoyuğun balaları üçün. Nəhayət, bir gün baxıram ki, yuva boşdu. Qaratoyuq balalarını uçurub. Daha dərindən nəfəs ala bilərəm)

IMG_20220602_090113.jpg

Birdən də ağlıma qəribə fikirlər gəlir. Məsələn, quşlar harada gecələyir? Yuva qurdular, içində yumurta qoydular, bala çıxartdılar. Sonra çıxıb getdilər. Maraqlıdır, bəs hara getdilər. Balalarını uçuran quşlar yuvalarını tərk edəndən sonra harada gecələyirlər? Bilən varsa mənə də desin.

IMG-20220601-WA0008.jpg

Bu gün işdən gələndə yolda quşların həyəcanlı səslərini eşidirəm. Ora bura boylandım, görürəm, yerdə bir qaratoyuq balası. Hardasa bir yuvadan düşüb. Anaları həyəcan təbili çalır. Özünü öldürür. Gücüm yalnız balanı maşın yolundan götürüb çəpərə qoymağa çatır. Çünki yuvanın yerini bilmirəm. Bala da çox körpədi. Yuvaya qalxması imkansızdı. Bu, ölümünə tərk edilməkdi. Çıxdım gəldim. Çünki orada dayanmağım heç nəyi həll eləmirdi.

IMG_20220602_135536.jpg

Quşlardan söz düşmüşkən yadıma gəlir ki, balaca vaxt olanda həyətimizdə eyvanın dirəkləri içi boş dəmir boru idi. Boruların yuxarısı dəmirlə bərkidilmişdi. Sən demə orada balaca bir ara qalıbmış. Eyvanda oturub çay içirdik. Borunun içindən səs eşitdik. Bir sərçə yuxarıdan borunun içinə düşmüşdü. Qardaşım and içdi ki, o quşu oradan çıxartmalıyam. Sərçə borunun içi ilə yuxarı qalxır, çıxmağa az qalanda sürüşüb düşürdü. Bəlkə də 6-7 saat əlləşdik o quşu çıxartmağa, Hər üsula əl atdıq. Nəhayət çıxara bildik. Sərçə borudan çıxıb özünü ağacların gövdəsindəki mamırlara necə toxudusa. Acından ölürdü. Bizsə çox xoşbəxt olmuşduq. Bizim üçün adi bitkilər bəzi canlıların evidir. Ona görə də hər zaman ehtiyatlı davranmaq lazımdır. Bir bitki var, adı da ayıdöşəyi. Maraqlı addır, deyilmi? Biz ondan bəzi meyvələri saxlamaq üçün istifadə edirik.

IMG_20220601_190134.jpg

Belə, bizim buralardan bu qədər. Oxuduğunuz üçün təşəkkürlər. @aydanismayil

Sort:  
 2 years ago 

Aleykum SALAM.Cənnət görmək istəyən AZƏRBAYCANA gəlsin♥️ ya ağacların budaqlarında, yada dağların, təpələrin biraz hündür hissələrində qurduqları yuvalarda. Şəhərimizdə şahidi olduğum vəziyyət varki, binaların damlarında xırda oyunlarda məskən salırlar, hətta balalarını necə yedirdiklərini də görmüşəm. Çox maraqlı və rahatladıcı vəziyyətdir. Maraqlı bitkidir. Adı üstündə necə deyərlər😉

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59479.71
ETH 3174.48
USDT 1.00
SBD 2.44