Abituriyentlərə məsləhət

in Steemit Azerbaijan☪✔3 years ago

Bu gün abituriyentlərə məsləhət mövzusunda yazacağam. Dərs çalışmanın yolları, çətin, yadda qalmayan şeyləri necə yadda saxlamaq lazımdır s. haqda yazacağam. İlk öncə zamanımızı düzgün bölüşdürməliyik. Rejimlə hərəkət etməliyik. Axşam çox gec yatmamalı, səhər gec durmamalıyıq. Dərs çalışdığımız yer bizə motivasiya verməlidir. Dağınıq yox, səliqəli olmalıdır.

IMG-20210904-WA0007~2.jpg

Bir də məktəb alış verişi zamanı, dəftər və s. alarkən rəngarəng, diqqət çəkici olmasına da diqqət yetirməliyik. Çünki rənglər də önəmli rol oynayır. Necə ki, sarı və qırmızı rəng insanın acmasına səbəb olduğu üçün restoranlarda və logolarında əsasən bu rənglərdən istifadə olunur, biz də bizi dərs etməyə həvəsləndirəcək, rəngarəng, diqqət çəkən şeylər alsaq, daha yaxşı olar. Dəftər alarkən, fərqli olmasına da diqqət yetirək. Çünki müxtəlif fənlərin dəftərləri eyni üzlü olsa, qarışdıra bilərik. Səhv məşğələyə səhv dəftəri apara bilərik.

IMG-20210904-WA0006~2.jpg

Yazdığımız qələmlər də önəmlidir. Yaxşı, yağlı yazmayan, tez-tez tutulan qələm bizi dərs etməyə həvəsləndirmək əvəzinə, əsəbiləşdirər, dərsdən uzaqlaşdırar. Buna görə qələm alarkən, mütləq yoxlayıb, yağlı yazanını almalıyıq. Xarici görünüşü də qəşəng olsa, çox daha yaxşı olar. Dəftərimiz qara-qura olmasın deyə, məncə ağardıcı da şərtdir. Səhv etdikdə qaralamaq yerinə ağartsaq, daha yaxşı görünər. Qırmızı qələmlə isə yazacağımız mövzunun başlığını yazaraq, fərqləndirə bilərik.

IMG-20210904-WA0002.jpg

Kiçik,yapışqanlı, rəngli not vərəqlərindən istifadə etmək də yaxşıdır. Məsələn, unutduğumuz, yadımızda qalmayan məlumatları not vərəqlərinə yazıb, görə biləcəyimiz bir yerə və ya kitabımızın ilk səhifəsinə yapışdıra bilərik. Beləliklə o məlumatları o qədər görəcək və oxuyacayıq ki, artıq ağlımıza həkk olacaq. Dəftərə yazdıqda məlumat dəftərin içində, digər yazıların arasında itəcək və eyni effekti verməyəcək.

IMG-20210904-WA0004.jpg

Yenə kiçik, rəngli və yapışqanlı ayraclar da var. Bunları kitabda qaldığımız səhifəyə və ya dəftərdə qaldığımız səhifəyə yapışdıraraq, həmin səhifəni axtarmalı olmayacağıq. Eyni zamanda rəngli olduğu üçün xoş bir görüntü yaradır.

IMG-20210904-WA0003.jpg

Son olaraq isə papqa. Papqaya da mövzu-mövzu yazdığımız sınaqları və nəticələrini qoya bilərik. Bunu etməklə, həm yazdığımız sınaqlarda irəliləyişimizin yoxsa geriləməmizin olduğunu görə bilərik, həm də səliqəli bir şəkildə qaldığı üçün sonra təkrar işləyə bilərik.

IMG-20210904-WA0005~2.jpg

Ümid edirəm ki, bu tövsiyələr yararlı olar. Hər birimizə uğurlar.

Sort:  
 3 years ago 

Maraqlı idi. Təşəkkürlər

 3 years ago 

Çox sağ olun.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 58442.49
ETH 2554.65
USDT 1.00
SBD 2.42