Yaz havası♻️

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, Steemitçilər, necəsiz? Tətilimiz də başladı, xeyirli-uğurlu olsun.

IMG_20220430_164526.jpg

Evdəkilərə sürpriz edəcəkdim deyə bu tətil gəlməyəcəm, dərs oxuyacam, təqdimatlarımı edəcəm və s. bəhanələri etmişdim, bugündə qrup yoldaşlarımla gəzməyə gedəcəkdim dedim, beləliklə məni artıq heç gözləmirdilər. Bugün yola çıxanda bacım elə tapşırdı ki, mütləq evə xəbər ver, olmaz xəbərsiz getmək, düşündüm ki, bacım deyibsə mütləq etməliyəm😄. Hə, elə ona görə də bugün saat 8də evə zəng vurmuşam ki, bəs mən gəlirəm.

IMG_20220430_172442.jpg

Avtobus saat 8 də çıxacaqdı, vaxtından da tez orda idim və mənim beynimin səhərlər işləyə biləcəyi max. səviyyəni təsəvvür edin. Avtobuslar dayanan sıranı başdan sona qədər gəzdim, ama Qəbələninkin görə bilmədim, ən axırda İsmayıllı dururdu, elə Qəbələyə də İsmayıllıdan keçib gedirik , yəqin avtobusun üstünə də son dayanacaq yazılır deyə düşünəndə, nəhayət Qəbələ avtobusun gördüm və istiqamət anlayışının yerlə bir olduğu dəqiqələr tez sonlandı. Və bir daha fikir yürütməmək haqqında özümə qısa müddətli söz verdim.

IMG_20220430_164926.jpg

Yazın ən gözəl vaxtlarıdır indi , hər tərəf yamyaşıl, hava elə təmizdir ki, bəhh. Gələn kimi yurdumun nemətlərindən yeməyə başladım.

IMG_20220430_170722.jpg

Bilmiş olarsınız gicitkəni ovuşdurub yeməyi.

IMG_20220430_171228.jpg

Gicitkəni bilmək asan idi, ama quzuqarnını hamı bilməz. Nadir tapılan, ləzzətli bir göbələk növüdür. Bizim həyətimizdə dadımlıq olur. Maraqlıdı bütün həyəti addım-addım gəzsəm də mən tapa bilmirəm, ama qardaşım bu işdə daha professionaldır. Elə şəkillərin altında da onun imzası var @elchinmamedov . Belə, Steemitçilər. Oxuduğunuz üçün təşəkkürlər. Hamınıza bolca istirahətlər.

Sort:  

Rəngarəng bir post olub. Qələminə sağlıq. 👍🏻

Hələ rəngarəngliyi şəkildə tam göstərmək olmur👌🏻. Təşəkkürlər🤗

 2 years ago 

Təsəvvür edirəm necə çətin olub seçim etmək.😄
Xoş isdirahətlər.✌

Çox sağol, sənə də🙏🏻

Coin Marketplace

STEEM 0.20
TRX 0.13
JST 0.030
BTC 64768.36
ETH 3436.88
USDT 1.00
SBD 2.51