Verdiyimiz suallar

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salamlar, Steemit Azerbaijan ailəsi. Necəsiz?Sizə gözəl günlər diləyirəm.
IMG_20211122_213501.jpg
Bu günlər bizim üçün salamdan sonra neçə bal aldın soruşmaqla keçir. Hətta bu günlərdə baş verən bir hadisədən sonra düşünməyə başladım:) İmtahanı olan bir tələbədən balının neçə olduğunu soruşdum, dedi ki, müəllim hələ deməyib. Elə həmin gün özümün balı çıxmışdı və başladıq mənim imtahanımı müzakirəyə. Daha sonra birdən ağlıma gəldi ki, balın çıxmıyıb ee imtahanın necə keçdi bəs, heç onu soruşmadım. Baxın elə bunu düşündüm. Verdiyimiz sualları. Sual verərkən aldığımız cavabdan konkret nəticə gözləyirik.
IMG_20211122_213113.jpg
Bir düşünün. Məktəbə gedən bir uşaq varsa yanımızda ondan soruşuruq ki, neçənci sinifdə oxuyursan? Bu cavabdan sonra verdiyimiz ikinci sual böyük əminliklə deyə bilərəm ki, dərslərdən neçə alırsan? olacaq. Verdiyi cavaba görə də onun yaxşı və ya pis oxuduğunu deyirik elə mi¿

IMG_20211122_212959.jpg

Ancaq ondan hansı fənni sevdiyini, onun hansı fənləri daha asan qavradığını soruşuruq mu, heç? İşləyən birindən maaşının nə qədər olduğunu öyrənərək, miqdara görə də dəyərləndirmək üçün tələsirik. Həmin işin çətinliyi, iş saatlarını, bu maaşla bir ayı necə idarə etdiyini soruşuruq mu, bəs?
Biz kəmiyyətlə maraqlanırıq ancaq. Bizə rəqəmlər, ədədlər maraqlıdır. Və elə bu göstəricilərə də uyğun olaraq qiymətləndirmə edirik.
Görüşənədək, oxuduğunuz üçün minnətdaram🙏🏻

Sort:  
 3 years ago 

çox düz 🤝

🙏🏻🙏🏻☺️

 3 years ago 

Ona görə də danışmaq xatirinə yox maraqlı olanları soruşmaq üçün sual vermək lazımdı 😅👍

Bəli😄👍🏻

 3 years ago 

Gözəl qeyd etmisiniz..

Çox sağolun🙏🏻☺️

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59159.54
ETH 2599.32
USDT 1.00
SBD 2.42