THE DİARY GAME||club5050. Gəzintidən🌸

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, Steemitçilər. Necəsiz? Qısa müddətli tətilinizdə nələr edirsiniz? Bir gün tətil, bir gün iş(dərs) olmaqdansa bu qərar yaxşı oldu belə. Tətildən istifadə edib, biz də bugün qrup yoldaşlarımla əvvəlcədən planladığımız bir gəzintiyə getdik. Hava dünən və bugün olduqca soyuq idi, tərəddüd etsək də, planımızı ləğv etmədik. İlk olaraq Emalatxana artspace&cafe-ə gedəcəkdik.

IMG_20220307_211027.jpg

Uzunca bir yolu donaraq piyada getdikdən sonra çatdıq nəhayət. İlk başlarda abu-havasını çox xoşlamasaq da daha sonra detallıca fikir verərək normal olduğuna qərar verdik. Kafe incəsənət məkanı kimi fəaliyyət göstərir. Həm də vegeterian kafedir. Əlbəttə, art kafe olduğu üçün müxtəlif oyunlar yox idi, sadəcə şaşki və şahmat var idi.

IMG_20220307_225623.jpg

Bir xeyli zamanımızı burda keçirdik. Oyun oynamadığımız üçün söhbət etdik və olmazsa olmaz şəkillər çəkdirdik. Menyusu bir qədər sadə idi, özümüzə uyğun bir şeylər sifariş etdik.

IMG_20220307_211307.jpg

Daha sonra buradan çıxaraq, Bakı Book Center-e getdik. Burada bir çox dillərdə istənilən janrlarda kitablar təqdim olunur və kitabsevərlər burada asudə vaxtlarını keçiririlər. Kitab satışı ilə yanaşı həm də fəaliyyət göstərən kafedə təqdim edilən kitablara baxmaq mümkündür.

IMG_20220307_233010.jpg

Səssizliyə tam riayət olunması oxuyucular üçün olduqca ideal şərait yaradır. Burada da zaman keçirdikdən sonra gəzintimizə son verdik. Hava daha da soyumuşdu, nəhayət evə yollandıq. Düşünürəm ki, hara getdiyindən, nə etdiyindən asılı deyil əylənmək, yaranan mühitin xoş olması, birlikdəykən əylənə bilmək, birlikdə olduğun insanlardan asılıdır. Sözünün- söhbətinin tutması, qarşılıqlı hörmətdir əsas olan. Mən bugün birlikdə keçirdiyimiz zamandan olduqca məmnunam. Belə, dəyərli Steemitçilər. Bugünlük bu qədər. Oxuduğunuz üçün minnətdaram🙏🏻

Sort:  
 2 years ago 

Sevdiyim məkanlardan biridi Book Center✌🏼

👌🏻☺️

 2 years ago 

Şəkillər əladı, kim çəkibsə, əla bacarıb 😉

Hə, yaxşı bacaran biri çəkib😄

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 59020.94
ETH 2603.39
USDT 1.00
SBD 2.44