The diary game. Günlük🌨️

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, Steemitçilər. Necəsiz? Tətilinizi açıq elan etmisiniz? Mən dünəndən başlamışam. Novruz bayramı üçün tətilə buraxılmışıq, amma gələndə qara görə yolda qaldıq. Semestr boyu oxumayıb, imtahana az qalmış bütün dərsi çatdırmağa çalışan tələbə kimi, qar da bütün qış yağmayıb, son günlərə yaxın plan doldurur sanki:).

IMG-20220319-WA0051.jpg

Hələ Bakıdan çıxmamış şofer həvəslənməyək deyə dedi ki, yoldan tam xəbər alım, bəlkə, qayıtdıq. İlk başda buna pis olsam da, Şamaxıdan keçən sonra kaş qayıdardıq deyə düşünürdüm. Yolda vəziyyət biraz pis idi. Necə deyərlər, addım-addım gəlirdik, bir müddət isə heç hərəkət etmədik. Qarşıda bir maşında problem olan kimi tıxac yaranırdı. Yaranmış tıxac da yolu təmizləyən traktorlara imkan vermirdi.

IMG-20220319-WA0054.jpg

Çətinliklə gəlirdik, işin pis tərəfi də bu vəziyyəti görməyən, sadəcə deyiləndən xəbər alan ailəmin narahat olmağı idi. Beş saatdan artıq müddətə tək mən deyil, həm də ailəmin ürəyi də evə çatdı. (Düzünü deyim mən onlar qədər qorxub, narahat olmamışdım🙂). Mənə dizdən qar var demişdilər, amma mənim dizimi nəzərdə tutmurlarmış , çünki dəhşət çox idi həyətimizdə qar. Həə, belə-belə. Fikir verdinizsə, mən Mart ayına çox yüklənmədim, ümumi qışa aid edirdim fikirlərimi, çünki son günlərdə hamı nə olsa Mart'dan bilir. 10 günlük tətil veriblər, imtahanları da tətilin sonuna salıblar, sağolsunlar bizi düşünürlər birdən ürəyimiz sıxılardı axı. Düzü, hələ başlamamışam oxumağa, bayramı qeyd edim sonra😄

IMG-20220319-WA0048.jpg

Deməli, bir gün tez gəlməyimə səbəb, balacamızın ad gününün olmağı idi. Mənə hələ çoxdan hədiyəsini tapşırmışdı. Hər dəfə danışanda da "mütləq gələrsən, xala"- deyirdi deyə bir gün dərsə getməmək olar deyə düşündüm. Elə gəlib qonaqlığa çatdım. Balacamız ad günü olduğu üçün bugün mən nə istəsəm onu etməlisiniz deyirdi, elə buna görə də məndən israrla onlara getməyimi istədi, mən də razılaşdım, əslində başqa seçim yolum da yox kimi görünürdü😄 . Bugün isə birlikdə bütün günümüzü keçirdik. Belə, dəyərli Steemitçilər, oxuduğunuz üçün minnətdaram, görüşənədək🤗

Sort:  

Panik biri olduğumdan az qorxmadım deyil.))

Ahh bilmezmiyim🙃♥️

 2 years ago 

Təbriklər sağlam böyüsün inşallah

Təşəkkür edirəm. Amin🤗

 2 years ago 

Hər tərəfli təbriklər. Həm tətillə bağlı, həm balacanın ad günü və həm də digər istirahət verici anlarla bağlı təbriklər.. Balacanı da ALLAH saxlasın, ALLAH ona xeyirli, sağlam və xoşbəxt həyat nəsib etsin. AMİN İNŞƏƏALLAH🤲

Çox sağolun, təşəkkür edirəm. Amin, İnşəAllah🤗

 2 years ago 

Buyurun xoşdur

Coin Marketplace

STEEM 0.17
TRX 0.12
JST 0.027
BTC 55863.62
ETH 2927.13
USDT 1.00
SBD 2.28