The diary game/28.06.2022/club5050/ (100% beneficiaries for Steemit Azerbaijan)/

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, Steemitçilər, necəsiz? Mən çox yaxşıyam. Üstümdə bütün imtahanları verməklə gələn böyük bir rahatlıq hiss var. Tam 30 gün əvvəl, ilk imtahanıma hazırlaşmağa başlamışdım. Bundan bir neçə saat əvvələ kimi, bu nə uzun semestr oldu deyirdim, indi ama tam əksini düşünürəm. Tez və ya gec keçməyi bir yana, məni olduqca yordu, artıq dərs oxumadığım vaxtlarda da dərs düşünür, hətta yuxuda belə dərs görürdüm.

IMG-20220625-WA0012.jpg

Tələbəliyin əsas qanunu hər şeyi son günə saxlamaqdır. Bu artıq 4.cü semestr idi ki, özümə söz verirdim ki, vaxtında oxuyacam, ama sadəcə deməklə də qalıram. Onsuz elə də belə də öhdəsindən gələ bilirəm. Bütün il oxumasaq da olar. Bugün sonuncu imtahanı verdim, digərlərindən fərqli olaraq ən çox yatdığım imtahan gecəsi oldu, saat 3də yatıb, 5də qalxmağı planlaşdırırdım, ama budilniki söndürüb necə yatmışamsa 7-ə işləmiş oyandım.

SAVE_20220628_202934.jpg

Son təkrarları edib çıxdım. Artıq imtahana qarşı müqavimət yaranıb sanki məndə, heç həyəcanlı deyildim, çox rahat şəkildə planladığım balı alıb çıxdım. Hətta bütün işlər planına uyğun getdi və zərbəçi oldum. Yəqin ki, bilirsiz bir də SABAH Qruplarının təqaüdünü ala bilmək üçün ortalama cəhətdən qrupun ilk yarısında olmalısan. Bizdə məsələn ilk 9-luğa düşmək lazımdır. Bu cədvəli çoox uzun bir müddət sonra dekanlıq hazırlayıb verir, ama biz öz aramızda ballara görə təyin etdik siyahını, hesablara görə mən 9.cuyam. Birdən kimsə balın səhv hesablamış olar deyə hələ tam da sevinə bilmirəm😄. Bu qədər imtahan haqqında söhbət bəsdir, məncə.

SAVE_20220628_202735.jpg

Və nəhayət tətil başladı. Qarşımızda iki ay var. Bu iki ayda etməyi planlaşdırdığım o qədər çox şey var ki. İlk olaraq elə bunları sıralayıb, "etməli olduqlarım siyahısını" hazırlamalıyam. Yaxşı bir istirahət etməyin tam zamanıdır. Belə, Steemitçilər, oxuduğunuz üçün təşəkkürlər🙏🏻

Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.029
BTC 60782.50
ETH 3371.45
USDT 1.00
SBD 2.51