Tələbələrin iç səsi:)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salamlar, Steemit Azerbaijan ailəsi. Necəsiz? "Görməyəli" nələr etmisiz?

IMG_20211211_015615.jpg

Online təhsilə qayıdacağıq ümidi ilə artıq 1.ci semestri bitiririk. Universitetə qəbul olunandan online dərs keçməklə universitetin, dərs oxumağın, tələbəliyin nə olduğunu tam düz başa bilmirdik, məncə. Daha doğrusu bizim başa düşdüyümüzlə, gerçəkdə olan olduqca fərqli imiş. Həmişə dediyim kimi, yenə eyni fikirdəyəm. Online dərs bizim üçün böyük "tapıntı" idi. Onda necə deyərlər hələ təcrübəsiz olduğum üçün çox ciddi hazırlaşırdım və bal söhbətində aza qane olurdum 😄. Eh indi olsa elə edərdim mi, heç?

IMG_20211211_022807.jpg

Bir söhbət var ki, dərslərin online ya ənənəvi olmasına baxmayaraq heç dəyişmir. Bu da bizim son günə saxlamaq vərdişimizdir. Elə bil tələbə adı ilə birlikdə, son günə saxlamaq vərdişini də qazanırıq. Üst-üstə yığılmış, keçdiyimiz zaman çox çətin adlandırdığımız mövzuları, imtahana bir neçə gün qalmış oxuyanda əslində öyrənə biləcəyimiz mövzular olduğunu, ancaq bunun üçün vaxtımızın çox az qaldığını anladığımız an yaşadığımız peşmançılıq hissi də belə başa düşürəm ki, tələbəliyin qanunudur. Bir göz qırpımında hər şeyin təhvil verilmə vaxtı gəlib çatır sanki. Bu zaman biz "niyə hər şeyi sona saxlamışam" deyə özümüzü sorğulayarkən, bir yandan da gələn semestr belə etməyəcəm, vaxtında hər şeyi yazacam deyib, özümüzə təsəllilər veririk. Ancaq heç vaxt da belə olmur, haa 😄.

IMG_20211211_013517.jpg

Artıq semestrin sonuna yaxınlaşırıq və bu hallar bir çox tələbədə yaşanır, elə mən başda olmaqla. Hə, bunları yaşamayan tələbələr də olur, onlar heç onlar "xalxın uşağı"-dır. Bunlar bir kənara aradabir tələbəliyin dadı-duzu olan olan kiçik görüşlərdə maraqlı olur, məncə. Yeni qrupuma tam adaptasiya olmadığım üçün "köhnə" qrup yoldaşlarım məni aralarına alırlar, hələ ki. (Əlbəttə, bu bir zarafatdır, universitetin həyatıma qazandırdıqlarındandır onlar:))Bu gün bir neçəsi ilə uno oynamağa getmişdik, hansı ki, ikisi elə Steemitin üzvüdür. @urfanov , @syalimovaa gözəl oynamışdınız, amma mənim yanımda qalibiyyətdən çox da danışa bilmədiniz sanki 😄. Hələ heç Elçini demirəm. Qazanmağa çox həvəsli idi, heyif.

IMG_20211211_030511_395.jpg

Bugünlük bu qədər, dəyərli Steemit Azerbaijan ailəsi. Görüşənədək, oxuduğunuz üçün minnətdaram.

Sort:  
 2 years ago 

bu gecə də Elçin için yakalım djdksksks

Məncə də 😄

Tələbəliyin dadı duzu da ondadır.))))

Elədir🤗

 2 years ago 

Telebeliyin en gözəl kelamı gelen semestr bele etmecem sözüdür uğurlar sizə imtahanlarda.

Ama heç bir zamanda etmirik😄
Çox sağolun🙏🏻

 2 years ago 

Bir gün qalmış oxuyarıq da hara tələsirik ki. Gözəl gəzintiyə görə təşəkkürlər hamımıza .

Onsuz fərqli bir şey etmirik ki😄. Zarafat bir yana, Elçini təbrik edək, qəşəng qazandı🥇😄

 2 years ago 

Daha böyük təbrik sənə düşür ki belə gözəl post yazmısan 😉👍

Təşəkkürlərrr🙏🏻☺️

 2 years ago 

Xoşdu 🤗

 2 years ago 

İmtahan 3 ay sonra olsa belə son günlər hazırlaşan mən

Tək deyilsən🤝🏻😄

İmtahana birgün qalmış o məsuliyyət üzərindəykən oxuduğun dərsi daha yaxşı qavramaq deyib susuram😂

Qatılıram sizə🤝🏻😄

 2 years ago 

1 ay qalmış hazırlaşsaqda, o 1 gün qalmış hazırlaşmağın nəticəsini vermir 😄

Çox doğruu🤝🏻😄

Coin Marketplace

STEEM 0.26
TRX 0.11
JST 0.034
BTC 63418.73
ETH 3094.09
USDT 1.00
SBD 3.89