Steemit Engagement Challenge ||Season2, Week #4 || My work life and Steemit /club5050/ Tələbəlik və Steemit

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, Steemitçilər. Necəsiz? Topluluğumuzun ev sahibliyi etdiyi yarışa qoşulmağa dəvət aldığım üçün yazmaq qərarına gəldim. Təşəkkürlər, @urfanov. Qalib bəllidi, ikinci kimdi?😄

IMG_20220223_163736.jpg

"Mənim iş həyatım və Steemit"


Və topluluq biz tələbələri düşünürək, mötərizə açıb ora bir tələbəlik həyatı da yazıb. Çox istəyərdim ki, işim olsun və iş həyatımdan yazım. Nəysə indilik tələbəliklə idarə edək. Əvvəlcə deyim ki, universitetə girməmişdən qabaq düşündüklərimlə, yaşadıqdan sonra düşündüklərim çoox fərqlidi.

IMG_20220223_163903_1.jpg

Buradan abituriyent olub tələbəliyi həvəslə gözləyənlərə səslənirəm ki, düşündüyünüz kimi deyil heç nə. Sadəcə başqa bir yerdə oxumağa davam edəcəksiz, əlavə olaraq da bütün işlərinizi özünüz həll etməli olacaqsınız. Biraz sizi həvəsdən salmış ola bilərəm, amma doğruları demək lazım.

IMG_20220225_165349.jpg

Mən ikinci kurs, Kimya Mühəndisliyi tələbəsiyəm. İlk il dərslərimiz online idi və mən online təhsili çox sevmişdim. Bütün qrup yoldaşlarımla online tanış olmuşdum. İkinci kurs isə dərslərimiz normal formaya düşdü və biz ilk dəfə 2.ci kursda universitetə getdik. İşin ən pis tərəfi isə, mənim Sabah Qruplarına keçdiyim üçün qrupumun dəyişməsi idi.

IMG_20220701_222627.jpg

Bir il ərzində tanıdığım qrup yoldaşlarımdan ayrılmalı idim. Yeni qrupa girmək yeni insanlarla tanış olmaq, onlarla münasibət qurmaq lazım idi və mən bunu etmək heç istəmirdim. İlk başdan önyarğılı olduğum üçün necə deyərlər "qaynayıb-qarışmadım". Və bu beləcə davam etdi. Buna görə də tələbəliyin əyləncəli tərəfi mənim üçün yoxdur. Sadəcə dərs tərəfi var:)

IMG_20220225_181509.jpg

Biz gələcəyin Kimya Mühəndisləriyik. Ona görə də dərslərimizin bir neçəsini laboratoriyada keçirik. Düzü, apardığımız təcrübələr maraqlı olmasa da yenə də laboratoriya dərslərini sevirəm.

IMG_20220701_222743.jpg

Hə, gələk işdə steemitə vaxt ayıra bilib-bilməməyimə. Müəllimlər eşitməsin mən lövhəyə baxıb, dəftərə bir şeylər yazanda dərsə qulaq asıb, mövzuyla bağlı qeyd götürmürəm, post yazıram😄. Steemitə qoşulduğum ilk başlarda buraya iş gözüylə baxmırdım, indi isə yeni bir layihə üzrə postlar paylaşırıq. Bu isə Steemiti iş yerinə çevirib, artıq hər gün post paylaşmalıyıq. Hə, belə, Steemitçilər. Müsabiqə postumu oxuduğunuz üçün təşəkkürlər, ümid edirəm ki, postum müsabiqəyə uyğundur və sizlər də bəyənəcəksiz🙏🏻🙂. Və bu müsabiqədə iştirakı üçün @alsumm@syalimovaa -ı dəvət edirəm.

Sort:  

Hello friend, you’re a student pursing a degree in chemical engineering. You’re near completion and I hope that when you complete, you’re able to achieve your dreams.

Your aspiration to become a chemical engineer is coming into reality, in no time you will be a bachelor in chemical engineering, making time for Steemit is of good course as you will benefit more as you engage

Good publication

 2 years ago 

Yaşamamış olanlar üçün cazib şeylər yazmısan, Aybəniz. Düzünə qalsa mən tələbəliyin bu çətinliklərinidə sevirəm. Tələbəliyi sevirəm😌 Amma iş həyatımda maraqlıdı gələcəkdəki. Sən də özündən yana narahat olma heç, gələcəkdə gözəl yerlərdə olacağına əminəm. Tələbəliklə , iş həyatı ilə yanaşı bura vaxt ayıra bilənlərə can qurban😂 Uğurlar 👀

First of all, congratulations on participating in this competition. And I'm really glad to hear that you're a chemical engineer. You work on this platform as well, you can express your creativity in the same way that you actually benefit from working here. The presentation of your post was good. Thank you very much.

 2 years ago 

steemit azerbaijan.jfif
Status Club
club5050
Steemexclusive
No Plagiarism Free
BOT Free
350 Words
Post Quality
7.5/10


Coin Marketplace

STEEM 0.20
TRX 0.12
JST 0.029
BTC 61249.08
ETH 3397.67
USDT 1.00
SBD 2.51