Ənənəvi tələbəçilik

in Steemit Azerbaijan☪✔3 years ago
Salam,dəyərli Steemit Azerbaijan ailəsi. Artıq dərslər başlayıb,özü də əyani formada. Heyif deyildi mi,online dərs😄təhsil həyatında gördüyüm ən gözəl şey idi.Əlbəttə online keçiləndə narazılıqlarımız da olurdu ki,online dərslə mühəndis yetişər mi heç!?Amma indi anladıq ki,onsuz ənənəvi dərslə də çox yetişəcək kimi görünmür😄(bu zarafatdır haa,mən sevirəm və təqdir edirəm universitetimi😄) Dərslərə 2.ci smen gedirik,13:30 da başlayır.Gedəndə avtobus və metrodan istifadə edirəm.Sıxlıq,çətinlik olsa da başqa yolu yoxdur

IMG_20211006_122018_1.jpg
Metroya çatmağa bir stansiya qalmış düşüb,qalan yolu piyada gedirəm ki,vərdişimdən qalıb passivləşməyim.
IMG_20211006_123341.jpg
İnsan həddindən artıq çox olur.Mənə həmişə deyirdilər ki,oturmağa yer tapmayacaqsan,amma yalan deyirlərmiş,heç ayaqüstə dura bilmək üçün tutmağa da yer olmurmuş ki...😄Nə isə belə-belə gəlib çatıram universitetə.Universitetimiz istiqamət tapmaqda çətinlik çəkən biri üçün(məsələn mən) labirentdir sanki.Bu gün mən korpusu tapmaq üçün 2 polis,2 tələbəyə,sinif otağını tapmaq üçün isə 2 müəllimə müraciət etmişəm😄
Universitetimizdən bir neçə şəkil çəkmişəm sizlər üçün:)
IMG_20211006_150320.jpg

IMG_20211006_150310_1.jpg
Sinif otağımıza bir baxın.
IMG_20211005_162732.jpg
Sabah qrupları olduğumuz üçün otaqlarımız belə fərqlidirlər.Dərslərimizin bəzilərini labaratoriyada keçirik.
IMG_20211006_145336.jpg
Bura fizika labaratoriyasıdır.Dünən ilk dərsimizi keçdik labaratoriyada.Bu da apardığımız təcrübə.
IMG_20211006_143041.jpg
Fizika müəllimimiz çox həvəsli,aktiv,yenilikçi biridir,indi bir iş üzərində çalışır,daha doğrusu bitirib sertifikatlaşma mərhələsini gözləyir.Bütün fikri bir şeylər yaratmaqdır,bizə də deyir ki,hər birinizdən ideyalar gözləyirəm, tələbəmdən nə isə öyrənmək mənim üçün ən böyük qürurdur.
Kimya dərsini də labaratoriyada keçirik,ora da çox maraqlıdır.Növbəti postlarda paylaşacam mütləq.Dərslər bitdikdən sonra isə üz tuturam bilet almağa,sonra da qatara.Ən maraqlı da elə burasıdır.Qatar olduqca rahat,səliqəli və sakitdir.İnsan getdikcə getmək istəyir.
IMG_20211004_165459.jpg

IMG_20211004_165401.jpg
Bu oturacaqlar boş deyildi ha,3 dayı oturmuşdu,gah İranı Azərbaycana birləşdirdilər,gah da dedilər ki,yenə sovet dövrünə qayıdacağıq.Maraqlıdır,istinad etdikləri mənbələr isə internet idi danışdıqlarından başa düşdüyüm qədəri ilə.
IMG_20211004_171250_1.jpg
Dərsdən çıxdıqdan sonra qatarın yola düşməsi üçün bir qədər gözləməli oluram bu vaxt isə dərs oxuyur,bəzəndə filmə baxıram.
IMG_20211006_184646.jpg
Qatardan düşdükdən sonra isə 0.5 km-ə yaxın yolu piyada getməliyəm.
IMG_20211006_185139.jpg

Bura da binanın həyəti.Budur,çatdım mən artıq.Görüşənədək,oxuğunuz üçün minnətdaram:)

Sort:  
 3 years ago 

Sizə zehn açıqlığı arzulayıram.

Çox təşəkkür edirəm🙏🏻

Axır ki, ikinci kursdan universitet üzü görürsüz. Şirinliyinizə şitlik eləmiyin haa😐

Belə davam edəcək mi görən😄

Davamlı olsun, uğurlar))

Təşəkkürlər🙏🏻🥰

 3 years ago 

Dərslərinizdə uğurlar. Bir steemit yoldaşı kimi məsləhət görərdim ki, vergüllərdən və nöqtələrdən sonra məsafə qoysanız daha yaxşı görünər yazınız.

 3 years ago (edited)

Çox sağolun🙏🏻
Növbəti postlarımda mütləq nəzərə alacam, təşəkkürlər.

 3 years ago 

İn şə Allah mütləq diqqət yetirin. Lakin nəzərə alacağınızı yazdığınız şərhdə də nəzərə almamısınız. 😊

Növbəti postlarımda mütləq nəzərə alacam,təşəkkürlər.

 3 years ago 

Orda şəkillər var ,bugün və keçmişdə.Bax o tam bana ait,:)

İxtisasınız, işinizlə bağlıdı?)

 3 years ago 

xeyir sadəcə xoşladığım üçün elə birşey edirəm

Əladır kii👍🏻

 3 years ago 

çox sağolun əla günüvüz olsun

 3 years ago 

Çox gözəl postdu. Bu qədər geniş yazmaqını bəyəndim mən təəsüf ki hələki yaza bilmirəm bu qədər geniş

Çox sağol🙏🏻☺️

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62904.98
ETH 3359.08
USDT 1.00
SBD 2.46