Müəllimlər və tələbələr.

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, dəyərli Steemit Azerbaijan ailəsi. Necəsiz? Günləriniz necə keçir? Bu gün biraz müəllimlərdən danışaq mı? Məncə, danışaq. Ancaq onu da qeyd edim ki, bunda məqsədim müəllimləri kateqoriyalaşdırmaq, onların yaxşı və ya pis olduğunu demək deyil, qətiyyən. Bunu heç kim deməz və deməməlidir də. Online dərs zamanı müəllimlərin bizi tanımağı, adımızı yadında saxlamağı bir xeyli çətin idi. Əslində bu hal bizim üçün də fərqli deyildi, sərbəst iş yazmağa başlayanda qrupa bizim filan dərsi keçən müəllimin adı nə idi deyə mesajlar gəlirdi. Bu il amma siniflərdəyik, müəllimlərin qarşısında otururuq.

IMG_20211209_154814.jpg

İlk dəfə otağa girəndən müəllimlərin dərsə başlamağı iki formada olurdu
📍Bizi adlarımızla xatırlamağa çalışanlar
📍Ad qavramının olduğunu unudanlar😄
Mən müəllimləri başa düşürəm, çünki tələbələri n qədərdir. Amma heç olmasa hər dərs cavab verən tələbənin adını hər eşidəndə müəllim heyrətlənməsində bu adda tələbə mi, varmış? Məsələn mən bunu tarix dərsində tez-tez yaşayıram;)

IMG_20211209_145850.jpg

Dərs keçirilirsə, deməli tələbədə dərs danışmalıdır. İmtahanda cavab verməlidir.
Sual verən müəllimlər də iki formada olur
📍Cavabın nə olduğunu başa salmağa, yəni sözümüzü deməyə(səhv olsa belə) imkan verən
📍Ağlında tutduğu balı yazmaq üçün səbirsizlənən, cavabı dinləməyən müəllim
Ümumiyyətlə universitetdə heyifsiləndiyim anlardan biri də tələbələrin dinlənməməsidir. Özlərini ifadə etməyə imkan verilmir çox vaxt. Bu hal "Sabah"da bir xeyli fərqlidir, çünki burada müəllimlər tələbələr əsasdır fikri ilə gedir.

IMG_20211209_150343.jpg

Amma yenə də bu sevindirici deyil, çünki bütün tələbələr üçün bu fikir əsas olmalıdır. Bizim keçən il bir Ələmdar müəllimimiz vardı. Bütün müəllimlərimizin içində ən çox sevdiklərimdən biri idi. Bəzi qrup yoldaşlarım bununla razı deyil, çünki onlar müəllimi bal yazmağına görə dəyərləndirirdi, mən isə tələbəyə söz haqqı verən, fikrini ifadə etməyə imkan verən, sözümüzü kəsərək bizi susdurmayan biri olduğu üçün bu fikirdə idim. Digər bir çox müəllimdən fərqli olaraq. O hətta imtahanda belə deyirdi ki, mən tələbə sualı bilməyib, başqa bir bildiyi olduğunu hiss edəndə, çalışıram ki, o haqda danışsın. Heyif ki, bu dəyərli müəllimlə bircə semestrdən sonra sağollaşdıq.

IMG_20211209_150539.jpg

Sonuncu fikrimi də deyim:)
📍Tələbəsinin bildiyini, bacarığını təqdir etməyi bacaran
📍Və bunun tam tərsi
Heyifsiləndirici anlardan biri də elə budur. Bəzi müəllimlərimiz bizə həmişə deyir ki, sizlərdən bir şey öyrənmək mənim üçün böyük fəxrdir. Digərini isə deməyə çox da ehtiyac yoxdur, məncə. Sizlərin də bu mövzuda fikirləri olduqca maraqlıdır. Rəylərdə bölüşməyiniz mənim üçün xoş olar. Görüşənədək, oxuduğunuz üçün minnətdaram.

Sort:  

Qələminə sağlıq.. ❤️
Həyat kimi hər bir şey iki cür olur, mənfi və müsbət.. Bəzən qəbul etmək, yeri gələndə etiraz etmək lazımdır.)))

Çox sağol❤️
Tamamilə razıyam🙏🏻☺️

 3 years ago 

Müəllimlərin yaxşı və ya pis olduğunu deməməli olduğumuz fikri ilə razılaşmıram. Müəllim də insandı və müəllimin də pisi var yaxşısı var. Bunu dilə gətirmək pis bir şey deyil məncə.

 3 years ago (edited)

Təkcə müəllimlər üçün yox, bütün insanlar, hər şey üçün nəzərdə tutduğum bir fikir var ki, insan yaxşı və ya pis olmur ümumilikdə. Hər bir insanın həm yaxşı, həm də pis xüsusiyyəti ola bilər. Müəllimlərin də həyatının sinifdə gördüyümüz qədəri ilə biz deyə bilmərik ki, o pis və ya yaxşıdır. Sadəcə müəyyən kriteriyaların sadalayaraq bax bunlar yaxşı deyil fikri ilə yanaşmalıyıq.
Fikirlərin üçün təşəkkürlər☺️

 3 years ago 

Pisin içində yaxşı,yaxşının içində pis olur ancaq bütünlükdə pis olan insanın 1 yaxşı xüsusiyyəti var deyə mən ona yaxşı insandı deyə bilmərəm.

Bu da sənin baxış açın. 🙏🏻

Onun necə insan olduğu sübut etmək onsuz da düzgün bir şey deyil, ancaq yaxşı bir xüsusiyyəti olduqda müsbət dəyərləndirmək lazımdır..)

 3 years ago 

Mən sübut edək ya etməyək ya da ki heç kəsin heç bir xüsusiyyətini dəyərləndirməyək demirəm onsuz da ki pisi pis olaraq yaxşını da yaxşı olaraq dəyərləndiririk

 3 years ago 

Müəllim indi ağzını aça bilir ki o deqa valideyin hücumakecir biz oxuyanda ağzımız nə idi müəllim e söz qaytaraq o qədər hörmət edirdik

Bu zehniyyətdə olanlar heçç;))
Fikirləriniz üçün təşəkkürlər🙏🏻☺️

 3 years ago 

Fikirlərinizlə razıyam Aybəniz. Əlavə olaraq dediklərinin bəzən yaşdan bəzən məllimdən asılı olduğunu bildiyini bilirəm. Əsas da bunlar təkcə məllimlər üçün deyil hamı üçün bir olmasıdı. Təşəkkürlər🙂👍

Çox sağol🙏🏻
Elədir, bəli. Rəyin üçün təşəkkürlər:)

 3 years ago 

Zatən düşüncələrimiz bənzərdir, deməyə lüzum yox 🌷

Gülşən..❤️
Təşəkkürlər🙏🏻

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 59989.12
ETH 2380.65
USDT 1.00
SBD 2.49