Mərhəmət🌼 (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Çox yazdıq sevgidən, sevmək-sevilməkdən, eşqdən. Birinə qarşı müəyyən səbəblə bağlı hiss etdiyimiz duyğulardır bunlar. Tanımadığımız birinə sevgi bəsləmərik, ailəmizi, dostlarımız sevməyimiz üçün bir səbəb vardır, çünki onlar bizim ailəmiz, dostumuzdur.

IMG_20220518_211633.jpg

Bəs mərhəmət?
Sadəcə insanlara deyil, bütün canlılara qarşı duyulan, ən incə, nəvaziş dolu bir hiss. Yağışlı bir gündə zibil toplayan dayını, açıq havada satış edən xalanın təlaşla toparlanmasını, məktəbdə olması lazım olan vaxt bir uşağın küçədə salfetka satdığını gördükdə qəlbimizdə yaranan sızıltıdır mərhəmət. Əlindən bir şeyin gəlmədiyi anlarda insanlığının səni narahat etməsi... Yaşlı birinə, fiziki cəhətdən sənlə bərabər olmayan birinə yer verməyə vadar edən hissdir mərhəmət.

IMG_20220518_210702.jpg

Bir neçə gün bundan əvvəl qatardan düşüb evə gedəndə, pilləkənlərin sonunda bir ana balaca uşağı ilə birlikdə oturmuşdu. 6-7 yaşlarında bir oğlan idi. Bir ana da oğlu ilə pilləkəndən düşürdü, uşaq həyəcanla anasından qəpik alıb, sevinclə, həvəslə aparıb həmin uşaqla ananın qarşısındaki qutuya qoydu, sonra da eyni həvəslə qaçıb anasının əlindən tutub getdi. Birinin verəndə yaşadığı xoşbəxtliyi, digəri alanda yaşayırdı, ikisi də qısa müddətli ama, çünki nə pulu verən uşaq onun mənası dərk edirdi, sadəcə bir həvəs idi, nə də ana ilə uşaq o məbləğlə rahatlığa çıxacaqdı. Bu və bunun kimi neçə hadisənin şahidi olub, əlindən bir şey gəlmədiyi üçün fikrimizi yayındırdığımız çox olub.

Bəzən təsirindən çıxa bilmədiyimiz üçün göz yumduğumuz hadisələrə görə sonradan yaşadığımız günahkarlıq hissidir-mərhəmət


Daha ədalətli bir dünyada mərhəmətlə, sevgiylə qalın❇️

Sort:  

Əllərinə sağlıq. Gözəl alınıb👍

Çox sağoll🤗♥️

 2 years ago 

Daha ədalətli bir dünya. Biraz əlçatmaz səslənir)) Rəvan bəy görsə deyəcək Alsu yenə danışır bəd bəd🤷🏻‍♀️

Bəd danışmaq deyil əslində, sadəcə real yanaşırsan💤

 2 years ago 

aay sağol da 😄

 2 years ago 

Hər şeyi bir az yaxşı tərəfdən düşsən daha yaxşı olmazmı? Özün də Secreti oxuyan adamsan))

 2 years ago 

Mən hərşeyə yaxşı tərəfdən baxanam, prosta baxır nəyə də😄 Hələ tam yox, var biraz😶

Əllərinə sağlıq çox gözəl təsvir etmisən mərhəmət duyğusunu.

Çox sağoll🤗♥️

 2 years ago 

Belə gözəl ürəklər var olduğu müddətcə, dünya mərhəmət və sevgi ilə dolacaq.✌

Gözlənilən rəy gəldi:)
Təşəkkürlər🙏🏻

 2 years ago 

Nə gözəl.🙂

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68164.82
ETH 2641.32
USDT 1.00
SBD 2.70