Kitab oxuma metodu📚📖

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam, Steemitçilər. Necəsiz? Boş zamanlarınızda nə ilə məşğul olursunuz? -yox sizə sual vermirəm, cavablamıyın😄 bu sualın paradoksunu deyəcəm. Bir şeylər edirəmsə onda boş vaxt olmur axı, elə deyil? Bu sualı bizə məktəb vaxtı boş dərsə gələn müəllim verərdi həmişə. Qızlar kitab oxuyar, oğlanlar futbol oynayardı boş vaxtlarında. Guya da😄. Hə, o gözəl sualı da verimmi? Kitab oxumağı xoşlayırsınız¿

IMG_20220406_000439.jpg

Sizə bugün kitab oxumaqla bağlı iki məlumatdan danışacam(öyrəndiklərimi).
İlki kitab seçimi ilə əlaqəlidir. Bəzən düzgün seçim etməməyimizi mən kitab oxuyanda sıxılıramla əlaqələndiririk. Məsələn bir kitab oxumaq istəyəndə araşdırma edərək ən məşhurlarını seçirik, dünya klassiklərini. Belə olanda isə seçdiyimiz kitab bəzən bizim tərzimizə uyğun olmur və həmin kitabı sadəcə bitirməyə çalışırıq. Şərt o deyil ki, hamı oxuyan kitabı mütləq biz də oxuyaq💤 . Hansı tərzi daha çox özümüzə yaxın hiss ediriksə onu seçmək və ya zövqlərimizin uyğun olduğu birindən tövsiyyə almaq daha düzgün seçimlər etməyimizə kömək edər.

IMG_20220330_121827.jpg

Digəri isə çarpaz kitab oxuma metodudur. Bu o deməkdir ki, eyni anda sadəcə bir kitabı oxumaqdansa, bir neçə kitabı oxumaq daha məqsədə uyğundur. Həmin anki ruh halımız, yorğunluğumuza görə bugün maraqla oxuduğumuz bir kitabı başqa vaxt istəməyə bilərik. Bu metoddan istifadə edəndə oxumaq istəmədiyində həmin kitabı qoyub, başqa birinə davam edirsən. Məncə, maraqlıdır. Belə, dəyərli Steemitçilər. Oxuduğunuz üçün təşəkkürlər🙏🏻

Sort:  

Mən düşünürəm ki tək oxumaq daha səmərəlidir. Oxuduğunu daha yaxşı yadında saxlayırsan. Hətta bir kitabı bitirən kimi yeni kitaba başlamağı da məsləhət görməzdim. Bunlar sadəcə mənim fikrimdir.)

Rəyin üçün təşəkkürlər🙏🏻

 3 years ago 

1ci metod məncə doğrudu. Ama 2ci nəsə mənə görə deyil.😄 1ni bitirməmiş digərinə keçdikdə hansı daha maraqlı gəlsə onu oxuyacıyıq və o biri bizdən inciyəcək. 😄

Ola bilər, təşəkkürlər🙏🏻

Coin Marketplace

STEEM 0.18
TRX 0.16
JST 0.030
BTC 68244.61
ETH 2640.30
USDT 1.00
SBD 2.69