Sabah qrupları🤝🏼

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salamlar hər bir oxuyucuya🙋🏻‍♂️. Bu postumda istəyirəm sizlərə Sabah qrupları və mənim ora keçidim haqqında məlumat verim. Əvvəlcə sabah qrupları haqqında danışım.

1wgrggAA.jpg
Şəklin linki
Deməli Ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qruplar zənciridir.Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilmsi və əmək bazarının tələblərinə uyğun olaraq Savadlı, Bacarıqlı və Hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir. Sabah qruplarına keçid birinci kursun sonunda mümkün olur. Bunun üçün bəzi mühüm şərtlər var. Bu şərtləri aşağıda qeyd edəcəm.

  1. Tələbənin iki smestr ərzində kəsri olmamalıdır.
  2. Tələbənin iki smestr ərzində ümümi ortalama qiyməti 61+ olmalıdır.
  3. Tələbənin birinci kursda təhsil aldığı ixtisas uyğun olaraq Sabah qruplarında tədris olunmalıdır. Yəni tələbə Sabah qruplarına keçid zamanı ixtisas dəyişə bilməz.
    Mən birinci kursun sonunda bu şərtlərin hamısı üçün uyğun idim. Bundan əlavə məndən yaşca böyük olan bir neçə tələbə yaxınım Sabah qruplarına keçmişdilər və faydalarını görmüşdülər. Həmçinin hər bir tələbə üçün vacib olan Sabah təqaüdü 50 azn həvəs yaradırdı 😂. Bu şərtlərə uyğun olan tələbələr sonradan qəbul mərhələsindən keçməlidirlər. Əlavə olaraq qeyd edimki Sabah qrupları hər ixtisas üzrə maksimum 30 tələbə qəbul edir. Lakin ilk dəfə istisna olaraq mənim qəbul olduğum Sabah qrupu iki qrupdan və hərəsi 20 nəfərdən ibarət oldu. ( Yəni 40 nəfər).

02-26.01.16-01.jpg
Şəklin linki
Qəbul mərhələsi iki hissədən: test və müsabiqə mərhələsindən ibarətdir. Test mərhələsi hər biri 50 sualdan ibarət olmaqla məntiq və ingilis dillərində keçirilir. İmtahan 2 saat ərzində verilir. Növbəti mərhələyə yəni müsabiqə mərhələsinə keçə bilmək üçün məntiqdən minimum 25 düz yazmaq lazım idi. Mən bu mərhələdə məntiqdən 25 düz ingilis dilindən isə 18 düz yazmışdım. Gördüyünüz kimi sərhəddə keçdim 😂. İmtahana hazırlıqsız qatıldığım üçün mənə məntiq sualları çox çətin gəlirdi. Buna görədə vaxtı düzgün idarə edə bilmədim. Vaxtımın böyük qismini məntiq suallarına həsr elədim. İmtahanın bitməsinə 45 dəqiqə qalana qədər məntiqin bütün suallarına göz gəzdirdim. Yaza bildiyimi yazdım, bilmədiylərimə isə cavab atdım. Bunun səbəbi səhv düzü aparmaması idi. Çox az vaxtım qalmışdı və mən həm ingilis dilini yazmalı idim həmdə yazdıqlarımı cavab kağızına qeyd etməli idim. Təxminən 15-20 dq ingilis dilinə baxa bildim. Sualları həqiqətən yazmaq olardı çoxda çətin deyildi. Qalan vaxtda cavab kağızına yazdıqlarımı qeyd etdim yazmadığım suallara heç baxmadan birdəfəlik cavab kağızına qeyd etdim😂. Bundan sora müsabiqə mərhələsinə keçdim. Bu mərhələdə 3 müəllim iştirak edir. Onlardan birisi sizə Sabah qruplarına niyə keçmək istədiyiniz haqqında, digəri ümümi bilikləriniz haqqında, sonuncu müəllim isə ixtisasınız haqqında suallar verir. Mən bu mərhələdən 10 üzərindən 8 bal aldım 🥳. Sonunda uzun qəbul mərhələsini uğurla tamamlaya bildim 🙂.

1496737679_sabah.gif

Şəklin linki
Hal hazırda Sabah qruplarında təhsil alıram və hər bir birinci kurs tələbəsinə Sabah qruplarını seçmələrini tövsiyə edirəm. Fərqi özləri hiss edəcəklər 🤝🏼.
Bu postu yazarkən başıma çox üzücü hadisə gəldi 😢. Mən postları əvvəlcə telefonun qeyd qismində yazıb sonra kopya edib Steemit'ə əlavə edirəm. Kopya edərkən bir saatdan yuxarı vaxt sərf edib yazdığım məlumatı sildim və bunları yenidən yazdım 🙂. Gələn postlarda görüşmək diləyi ilə, özünüzə yaxşı baxın 🙋🏻‍♂️

Sort:  
 3 years ago 

inşAllah bundan sonrakı imtahanlar daha asan olar , uğurlarınız bol olsun)) 👌🏻👌🏻

 3 years ago 

Təşəkkürlər sizində

 3 years ago 

Uğurlarınızın davamlı olması diləyi ilə👏

 3 years ago 

Təşəkkür edirəm. Hər bir tələbənin uğurları bol olsun🤝🏼

 3 years ago 

Təşəkkür edirəm. Hər bir tələbənin uğurları bol olsun🤝🏼

Uğurlarınız davamlı olsun))

 3 years ago 

Təşəkkür edirəm 🙂

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 62487.83
ETH 3340.96
USDT 1.00
SBD 2.46