Pareto Qaydası ||club5050

Heç fikir vermisiz ki, siz təxminən 80% hallarda qarderobunuzda olan paltarların ancaq 20%-ni geyinirsiz. Həmçinin 80% vaxtda evinizdə olan xalçanin yalniz 20%-ni tapdalayırsız.Yəqin bilirsiz ki dünyadakı pulun 80%-i də dünya əhalisinin 20%-nin əlində cəmləşib.Bu qaydaya bir çox praktiki nümunə gətirmək olar.
111332249-word-writing-text-80-20-rule-business-concept-for-pareto-principle-80-percent-effects-come-from-20-c.webp
Link

Bu qanunauyğunluq ilk dəfə italiyalı sosioloq və iqtisadçı Vilfredo Pareto tərəfindən kəşf olunub və öz adıyla Pareto qaydası(və ya 80/20 qaydası) adlanır. Pareto qaydasına görə nəticələrin təxminən 80%-nin yaranmasına hadisələrin 20%-i səbəb olur.
( bu rəqəmlər dəyişə bilər yəni 80/20 yerinə 75/25 ,15/85 ola bilər amma qanunauyğunluq olduğu kimi qalır).Başqa sözlə desək nəticələrin böyük hissəsinin yaranmasına hadisələrin kiçik hissəsi səbəb olur.

Link
article-productivity-pareto-principle-80-20-rule-2x.jpg

Əsas məsələ bu qaydadan necə istifadə edə bilərik? Bizə hər gün 24 saat verilir və 7-8 saat mütləq yatmalıyıq.2-3 saat gündəlik təlabatlarımıza sərf etməliyik və qalan vaxtımızı bizə 80% nəticə verəcək və 20% vaxtımızı alacaq işlərə sərf etməliyik.80% vaxt sərf etməklə 20% nəticə verəcək işlərdən uzaqlaşmalıyıq. Bu qaydanı həyatımızın istənilən sahəsinə tətbiq eliyə bilərik.

Sort:  
 2 years ago 

Məndə bir kurtka var az qala dil açıb desin ki əl çək məndən o qədər rahat oluram ki onda başqasını geyinmirəm

Coin Marketplace

STEEM 0.19
TRX 0.13
JST 0.028
BTC 64564.26
ETH 3223.41
USDT 1.00
SBD 2.65