Walt Disney

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam dəyərli dostlar.
Uolt Disney.Yəqin ki,bu adı dünyada eşitməyən, tanımayan adam olmaz.

IMG_20220131_183909.jpg

"The Walt Disney Company" multimedia imperiyasına çevrilmiş "Walt Disney Prodactions" sirkətinin təhsisçisi 1901-ci ilin dekabr ayın 5-də ABŞ-ın Cikaqo şəhərində dünyaya göz açıb.
Kinomatoqrafiya tarixində ilk dəfə səsli və musiqili cizgi filmlərin yaradıcısı olub.
Rejissor kimi 111 film çəkib,576 filmin prodüsseri olub.Kinomatoqrafiya fəaliyyətinə görə,rekord sayda (26) Oskar və digər mükafatlar alıb.
Hər şey isə 1920-ci ildə Disneyin kinoreklam studiyasında rəssamlıq fəaliyyətindən başlayır.Artıq o vaxtlardan o animasiya filmləri çəkmək barəsində düşünürdü.
Bir müddət sonra o Kanzas-Citidə özünün ilk animasiya studiyasını yaradır.(Laugh-O-Gram).
1923-cü ildə öz qardaşı ilə Hollivudda
"Disney Cartoon Studio" kiçik animasiya şirkəti yaradır.1924-cü ildə isə ilk debüt animasiya filmi-"Alisanın dənizdə günü" üzə çıxır.Sonralar Alisanın məcaralarına aid 56 film çəkir.
1927-ci ildə çox böyük populyarlıq qazanmış "Dovşan Osvald" sonra isə "Mikki Maus" kimi səsli və musiqili cizgi filmləri ərsəyə gəldi.
1937-ci ildə çəkilən "Ağca qız və 7 cırtdan"

IMG_20220131_183335.jpg

cizgi filmi inanılmaz uğur,8 mln dollar xeyir və tənqidçilərin rəğbətini qazandırdı.
1953-cü ildə Los-Ancelesdən 50km məsafədə Disney 17 ailə ilə razılaşıb,onlardan torpaq sahələrini alır və bərabəri olmayan istirahət və əyləncə parkı "Disneyland"-in tikintisinə başlayır.

IMG_20220131_184832.jpg

2 ildən sonra 1955-ci ilin iyulun 18-də rəsmi açılışı baş verir.
Növbəti illərdə "Dambo", "Bembi", "Zoluşka", "Piter Pen", "Ledi və avara", "Yatmış gözəl", "101 dalmatin" kimi filmlər yaradılır.
Bir çox filmdə Disneyin prodüser kimi də böyük əməyi olub.Dəfələrlə Oskar qazanıb.
Uolt Disney 1966-cı ildə dekabrın 15-i ağciyər xərçəngindən dünyasını dəyişir.Ölümündən sonra Disney şirkətinin filmlərində tütün məmulatlarının reklamına qadağa qoyulur.
1968-ci ildə ölümündən sonra Disney Amerikanın ən yüksək mükafatı olan "Konqresin qızıl medalı" ilə təltif olunur.

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51