"Şaxta Baba" hədiyyəsi

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam dəyərli dostlar.
Hər birimiz bir valideyn olaraq, ailə başçısı olaraq, övladlarımızın, ailəmizin xoşbəxtliyi üçün əlimizdən gələni eəyə çalışırıq.
Övlad üçün də nə lazımdır? Valideyn sevgisi,özünə qarşı diqqət,ailədə mehribançılıq və təbii ki,hədiyyələr.oyuncaqlar.Adi günlərdə alınan hədiyyələr heç.Amma xüsusi günlərdə (ad gün,bayram günləri) verilən hədiyyələrin isə başqa dəyəri olur.Xüsusən də Yeni ildə "Şaxta Babanın" gətirdiyi hədiyyə.Çünki bu hədiyyənin alınması üçün xüsusi şərtlər var: bunun üçün "Saxta Baba"-ya məktub yazmaq lazımdır,dərsləri yaxşı oxumaq lazımdır, özünü yaxşı aparıb, ata-ananın sözünə baxmaq lazımdır.
Bizim də balaca prinsesimiz bütün bu şərtlərə riayət etdiyinə görə Yeni İl gecəsi "Saxta Baba" ona istədiyi hədiyyəni, hamı yatandan sonra gətirib Yolkanın altına qoyub "getdi".
Adı günlərdə yuxudan doymayan qızımız bu səhər hamıdan tez durub Yolkaaltı yoxlanışa keçdi.Biz də özümüzü elə aparırıq ki,guya heçnədən xəbərimiz yoxdu.Nə isə,neçə vaxtdır gözlədiyi,sürəndə təkərləri işıq sacan "rolikləri" gördükdə uşağın sevincinin həddi-hüdudu yox idi.
Həqiqətən,bu anlar üçün yaşamağa dəyər.
Təbii ki,dalısıyca - fotosessiya.

IMG_20220101_124911.jpg

Səhəri günü də ilk "obkatka" olundu.Hər şey əla idi.

IMG_20220102_142313.jpg

Artıq növbəti il üçün"Şaxta Baba"-ya hədiyyəni fikirləşmək lazımdır))).

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57673.98
ETH 2343.83
USDT 1.00
SBD 2.37