Şans-Elize və ya Yelisey Bağları

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam dəyərli dostlar.
Yəqin ki,eyni adlı,bütün dünyada məşhur olan "Şans Elize" mahnısını eşitməyən olmaz.
Yelisey Bağları Parisin, hətta dünyanın ən gözəl küçələrindən sayılır.
Avenu les Champs-Elysées.

IMG_20220202_215737.jpg

Ilk dəfə bura gələn insan,inanılmaz heyranlıq hissi yaşayır.
VIII-ci dairədə yerləşən bu küçə,Parisin ən gözəl küçəsi və maqistral xəttidir,bundan da əlavə ən geniş küçədir.Küçənin eni 71 m. uzunluğu isə 1915m.
Küçənin bir başı Həmrəylik Meydanında o biri başı isə məhşur Triumfal Arka yerləşən Ulduz Meydanında bitir.

IMG_20220202_220022.jpg

Bu günkü gündə bu küçə planetimizin ən gözəl küçələrindən sayılmasına baxmayaraq,400 il öncə bura baxımsız, bataqlıq bir yer idi.O zamanlar yerli zadəganlar burda ördək ovuna çıxardılar.
1616-cı ildə kraliça Medici buraları kubarlaşdırmaq məqsədi ilə burda Sena boyu xiyaban salmaq qərarına gəlir -Kraliça bulvarı.
18-ci əsrdə bu küçə uzadılaraq Ulduz Meydanınadək çatdırıldı.
Yelisey Bağlarının yaxınlığında 18-ci əsrdə məhşur Qraf Evre üçun tikilmiş,1873-cü ildən bəri isə Fransa Respublikasının başçılarının rezidensiyasina çevrilmiş (Palais de l'Elysee) -prezident igamətkahı yerləşir.

IMG_20220202_220252.jpg

Müasir Şans-Elize küçəsini iki yerə bölmək olar.Park hissəsinə və dükanlar hissəsinə,harda ki, bahalı butiklər,restoranlar,brend şirkətlərin satış mərkəzləri və s. yerləşir.

IMG_20220202_220457.jpg

Şans-Elize bəzi fransızlar üçün istirahət yeri,bəziləri üçün isə pul xərcləmə yeridir.

İmage

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.029
BTC 65070.55
ETH 3147.10
USDT 1.00
SBD 2.55