Qan qrupu və xasiyyət...

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam dəyərli dostlar.
Yəqin ki,hər birimiz hansı ayda,hansı ildə doğulduğumuzu bilirik. Təbii ki,astroloji baxımından da ilimiz hansı heyvana, ayımız da hansı bürcə təsadüf etdiyini bilirik.Bəs bu astrologiyaya maraq hardandır?

IMG_20211227_162009.jpg

Əsrlər boyu astroloqlar göydəki ulduzları müşahidə edərək, doğum tarixinə görə(il,ay, gün) insan xasiyyəti,temperamenti barəsində kitablar yazıb.
Astroloqlar göydəki ulduzlara əsaslanaraq insan tipini təyin etdiyi zaman,son 50 ildə həkimlər və astropsixoloqlar insanın xasiyyətini qan qrupu əsasında təyin etməyə başlayıblar,və bu artıq bütün dünyada get-gedə aktuallaşmağa başlayır.
Bunu ilk olaraq Yaponiyada araşdırmağa başlayıblar.
Yarım əsrdən əvvəl psixoloq K.Tanaki tərəfindən yazılmış "Qan qrupu və insan temperamenti" adlı kitabdakı məlumatlar müasir,genişmiqyaslı araşdırmalarda öz sübutunu tapır.
İlk olaraq onu deyək ki,insanda 4 qan qrupu olur və bütün dünyada eyni cür işarələnir: O(I) , A(II), B(III), AB(IV).Qan qrupu qırmızı qan hüceyrələrin (eritrositlərin) və plazmanın xüsusiyyətlərindən asılıdır,valideynlərin qan qrupundan aslıdır, ömür boyu da dəyişməz olaraq qalır.

IMG_20211228_013950.jpg

Fransız astropsixoloq Jan Batist DeLakurtun araşdırmalarına görə
birinci qrup (O) qanı olan insanlar çox enerjili,daim hərəkətdə olurlar,"vurub keçən" daxili gücə malikdirlər.Çox iradəli,ünsiyyətçil,dil tapan olurlar.Qarşılarına məqsəd qoyduqda,onu əldə etməyənədək dayanmadan irəli gedəcəklər.
Mənfi xüsusiyyətləri isə çox qısqanc, narahat və emosional baxımdan iddialı olmalarıdır.
İkinci qrup (A) qanı olan insanlar vicdanlı, zəhmətkeş,sözlərinin üstündə dayanan olurlar. İşlərində məhsuliyyətli və məqsədli olurlar.
Sevdiklərinə, dostlarına qarşı çox sadiq olurlar. Mənfi cəhətləri tərs olmaları və rahatlanmağı bacarmamalarıdır.
Üçüncü qrup (B) qanı olanlar açıq-aşkar individualist olurlar.Hər şeyi özləri bildiyi kimi edirlər.İstənilən şəraitə uyğunlaşa bilirlər,insanlarla rahat ünsiyyətə girirlər,kifayət qədər təxəyyülə malikdirlər.Sakit olurlar,amma bu sakitliyin altında çox həssas bir ürəyə malikdirlər.Sevgi məsələlərində çox çılğın ola bilərlər.
Dördüncü qrup (AB) qanı olanlar çox ehtiraslı,emosional baxımdan çılğın olurlar.Ehtiraslar demək olar ki, onları daxildən parçalayır.Bu da fikir ayrılığına, inamsızlığa,ruh düşgunlüyünə gətirə bilir.Problemlərini heç kimlə paylaşmazlar,özləri həll etməyə çalışırlar.Sevgidə,dostluqda,ailə münasibətlərində demək olar ki,ideal olurlar.Tək özlərini yox,həmdə partnyorlarını xoşbəxt etməyə çalışırlar.
Dəyərli dostlar,təbii ki,bu yazılanları 100% hamıya şamil etmək olmaz.Çünki bizim yaşadığımız həyat,əldə elədiyimiz biliklər,təcrübə,ətraf mühit və bir çox digər faktorlar da bizim xasiyyətimizin formalaşmasına öz təsirini göstərir.
Çalışaq bütün bu qruplarda olan ən yaxşı xüsusiyyətləri özümüzdə cəmləşdirək.
Gününüz uğurlu olsun.

İmage

İmage

Sort:  
 3 years ago 

Mən bunların Statistik qruplaşdırmadan başqa bir şey olmadığını qəbul edənlərdənəm. Doğru çıxma ehtimalı təbii ki ola bilər))

 3 years ago (edited)

Təbii ki,hər bir məlumat geniş kütləni sorğu-sual edib,araşdırılandan sonra dərc olunur.İstər astroloji baxımdan,istər digər...

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 76416.42
ETH 2864.57
USDT 1.00
SBD 2.57