Muxtarovun evi

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam dəyərli dostlar.
Məhşur milyonçularımızdan olan Murtuza Muxtarov öz osetin mənşəli həyat yoldaşı Liza Tuqanova ilə səyahət etməyi çox sevirmiş.

IMG_20220221_145348.jpg

Bir dəfə Venesiyada səyahətdə olarkən onlar çox gözəl, möhtəşəm görüntüyə malik olan bir binanın yanından keçəndə Liza xanım heyranla deyir:"Bu binada yaşayanlar necə də xoşbəxtdirlər!" Murtuza bəy buna heç bir reaksiya vermədən gəzintilərini davam etdirirlər.Bakıya geri döndükdən dərhal sonra o,Venesiyaya öz adamın göndərir və həmin o binanın bütün planını əldə edir.
Artıq 1912-ci ildə bina tam hazır olur.

IMG_20220221_145623.jpg

Günlərin bir günü Murtuza bəy öz həyat yoldaşı ilə gəzinti adı ilə evlərindən çıxırlar.Bir az gəzdikdən sonra, faetonla Venesiyada gördükləri binanın eynisinin qabağında dayanırlar.Burda öz qulluqçularını gördükdə və binanın ona hədiyyə olduğunu bildikdə,Liza xanımın sevincinin həddi-hüdudu olmur.
1920-ci ilədək Murtuza bəy öz həyat yoldaşı Liza xanımla burda yaşamışlar.
Bolşeviklər şəhəri ələ keçirəndə onların evi də müsadirə olunur.3 rus zabiti zorla evə girərkən,Murtuza bəy rüsvayçılığa dözməyib, onları qətlə yetirir və özü də intihar edir. Ölümündən sonra bina uzun müddət elə Muxtarovun evi kimi tanınır.
Hal hazırda həmin binanın qarşısından keçən küçə də elə Murtuza Muxtarovun adı ilə bağlıdır.Ünvan: M.Muxtarov 6.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən həmin bina tarixi abidə kimi qorunur.2007-2012-ci illərdə restavrasiya işləri aparılıb və hal hazırda "Səadət sarayı" kimi fəaliyyət göstərir.

IMG_20220221_145913.jpg

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51