Müqəddəs Valentin günü

in Steemit Azerbaijan☪✔3 years ago

Salam dəyərli dostlar.
Dünyada geniş yayılmış,sevgililərin həvəslə qeyd etdiyi, Müqəddəs Valentin günü məs bu günə -14 fevrala təsadüf edir.

IMG_20220214_144845.jpg

Sevənlər öz sevgilərini etiraf edir,hədiyyələr bağışlayır.
Bəs bu Valentin kimdir?Nə zaman yaşayıb?Nə iş görüb ki,"Sevgililərin himayədarı" titulunu qazanı?
Əslində bu bayramın yaranma tarixçəsini heç kim dəqiq bilmir.Amma bir neçə rəvayət var.
Xristianlıq dövrünün ilk vaxtlarında bir necə Valentin(Valentinus) adlı Rahib olub.

  1. İnteramnlı Valentin III-cü əsrdə İtaliyanın Termi şəhərində yaşayan episkop olub.
  2. Romalı Valentin eyni dövrdə yaşayıb.
  3. Afrikalı Valentin.
    Hamısına müəyyən səbəblərdən ölüm cəzası verilib.
    Bu bayramın yaranması bunların hansısı ilə bağlı olduğu dəqiq məlum deyil.
    Bu əzabkeslərin fəaliyyətinə romantik rəng verən,rahiblərin həyatı barəsində bəhs edən, İakov Voraqinski tərəfindən 1260-cı ildə yazılmış "Qızıl Əfsanələr" kitabı olur.Məs bundan sonra Valentin sevgililər himayədarı adını qazandı.
    Ən populyar varianta görə Romalı imperator II-ci Klavdiy orduya əskər yığa bilməməyin səbəbini kişilərin öz ailələrini atıb getmək istəmədiyi idi.Buna görə də o gənc oğlanların ailə qurmağına qadağa qoymuşdu.Bu qadağaya baxmayaraq xristianlıq təbliğatçısı (eyni zamanda Təbib) Müqəddəs Valentin həm insanları müalicə edib dini təbliğ edir,həm də səmimi qəlbdən ailə qurmaq istəyənləri gizli nigaha salırdı.

IMG_20220214_145243.jpg

Bir dəfə zindan qarovulçusu bu rahibdən öz qızı Yuliyanin gözləri üçün krem düzəltmək xaiş edir.Bu arada imperator rahibin əməlləri barəsində xəbər tutur və onu həbs elətdirərək ölüm cəzası verir.Zindanda olduğu zaman Rahib qarovulçunun qızına sevgi məktubu yazır.Raibin hazırladığı dərmandan qızın gözləri açılır və o məktubu oxuya bilir.Məktubun sonunda yazılır: "Sənin Valentin".Bu gün 14 fevrala təsadüf edir.
Sonralar katolik kilsə İnteramnlı Valentini din yolunda canını fəda etmiş müqəddəslər sırasına daxil edir.496-cı ildə isə Romalı Papa Helasius 14 fevralı Muqəddəs Valentin Günü elan edir.

Digər rəvayətə görə bu bayramı pravoslav kilsə digər "Luperkali" adlı bütpərəst bayramın əvəzinə daxil edib. "Luperk" qadın məhsuldarliğı ilahəsidir.Onun şərəfinə fevralın 15-i bir heyvan qurban kəsilərdi.Onun dərisindən şallaq duzəldərdilər.Gənc oğlanlar çılpaq şəkildə küçələrdə qacaraq bu şallaqla gənc qızları vurardılar ki,onlar ailə quranda rahat övlad dünyaya gətirə bilsinlər.Qizlar da bu ritualın onlara hamilə qalmasına kömək edəcəyinə inanaraq özlərini vurmağa icazə verirdi.

IMG_20220214_145721.jpg

Dəyərli dostlar,ailənizə,sevdiklərinizə öz sevginizi göstərmək üçün xüsusi günləri gözləməyin.Çalışın onlar üçün hər gün xüsusi olsun.

İmage

İmage

İmage

Sort:  
 3 years ago 

Sevgiylə dəlilik arasında bir bağlılıq olduğunu nəzərə alsaq və dəliyə də hər gün bayram olduğuna görə, demək hər gün elə sevənlərin də günüdür, bayramıdı.)))
Nəzəriyyədi eee bu elə belə söz deyil...

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51