Mübariz İbrahimov

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam dəyərli dostlar.
Bu dəfə yenə dünyada baş vermiş hadisələrdən yazmaq istəyirdim.Amma sonra qərara gəldim elə bir insan barəsində yazım.
Azərbaycanın Milli Qəhrəmanı - Mübariz İbrahimov barəsində.

IMG_20220207_112446.jpg

Mübariz 1988-ci ilin fevralın 7-də Biləsuvar rayonun(o zaman Puşkin rayonu) Əliabad kəndində dünyaya gəlib.1994-cü ildə M.Piriyev adına kənd orta məktəbinə daxil olub və 2005-ci ildə oranı bitirmişdir.
Məktəbi bitirdikdən sonra orduya gedir.Xidməti Xüsusi Təyinatlı Bölüyündə keçir.

IMG_20220207_113538.jpg

2007-də çavuş rütbəsində təxris olunur.2009-da yenidən, artıq gizir vəzifəsində orduya qayıdır və cəbhə bölgəsində xidmətin davam edir.
18 iyun 2010-cu ildə gecə saatlarında özü ilə bir neçə silah götürərək hərbi hissədən çıxır.Bir kilometrlik minalanmış sahəni keçərək erməni tərəfə keçib xeyli əsgər və zabit məhv etmişdir.Səhər saatlarına kimi döyüşüb,sonra şəhidlik zirvəsinə qalxdı.
Mübarizin valideynlərinə yazdığı son məktub.

IMG_20220207_112717.jpg

Mübariz İbrahimovun ölümünə baxmayaraq ermənilər onun cəsədin 141 gün saxlamışlar.6 noyabr 2010-cu ildə Beynəlxalq Qırmızı Xaç komitəsinin vasitəçiliyi ilə cəsədi geriyə alınmışdır.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda xidmətinə və göstərdiyi müstəsna rəşadətə görə, ölümündən sonra,Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən Milli Qəhrəman adı verilmişdir.
Bundan əlavə Mübariz İbrahimovun adını əbədiləşdirmək məqsədilə bir sıra tədbirlər görülməsi tapşırığı verildi.

Biləsuvar rayonunda lisey-məktəb və bir küçə Mübarizin adını daşıyır.
2010-cu ildə Etibar Məmmədovun çəkdiyi "Müqəddəs zirvə" adlı film Mübariz İbrahimova həsr olunmuşdur.
2011-ci ildə Çingiz Mustafayev fondu və ANS şirkətlər qrupu Mübariz İbrahimova "İlin adamı" mükafatını verir.
2011-ci ildə Biləsuvar rayonunda Mübarizin heykəli salınır.
Həmin ildə Türkiyədə "Palmali" şirkətlər qrupu tərəfindən hazırlanmış tankerə də Mübariz İbrahimovun adı verilir.
2013-cü ildə TRT 1 kanalında gedən "Sakarya fırat" serialında Mübarizin qəhrəmanlığından geniş danışılıb.
Eyni kanalda 2014-cu ildə verilən "Qızıl alma" serialında da Mübarizin qəhrəmanlığı haqda danışılıb.
2016-cı ildə Sumqayıt şəhərində küçələrin birinə Mübarizin adı verilir.
Həmin ildə Azərbaycan Neft və Sənaye universitetində heykəli ucaldılır.

Ölümündən sonra 2010-cu ildə "Qızıl Ulduz", 2016-cı ildə isə "Vətən Övladı" qızıl ordeni ilə təltif olunur.

Mübariz İbrahimov İkinci Fəxri Xiyabanda dəfn olunub.

IMG_20220207_113136.jpg

Allah torpağımız uğrunda canın vermiş bütün şəhidlərimizə rəhmət eləsin,qazilərimizə də sağlıqlı uzun ömür versin.

İmage

İmage

İmage

İmage

Sort:  
 2 years ago 

Çox sağ ol Arif çox sağ ol qardaş paylaşım üçün. Fəxrimizi unutmayıb, diqqət göstərib hər birimizə xatırlatdığın üçün çox sağ ol. Düzünü deyim utandım. Utandım ki xatırlamamışam unutmuşam. ALLAH Mübarizə, Onun kimi şəhid olan minlərlə qəhrəmanlarımıza Rəhmət eləsin.
Bu cür Kişilərə görə başımız sağdı Azərbaycan!

 2 years ago 

Borcumuzdur.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 60238.27
ETH 3215.90
USDT 1.00
SBD 2.46