Məhəmməd Əmin Rəsulzadə

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam dəyərli dostlar.
Bu gün,şərqdə ilk demokratik respublika olan, Azərbaycan Demokratik Cümhuriyyətinin Milli Şurasının rəyasət heyyətinin sədri M.Ə.Rəsulzadənin doğum günüdür.

IMG_20220201_015615.jpg

M.Ə.Rəsulzadə 1884-cü ilin yanvarın 31-i Bakının Novxanı qəsəbəsində dünyaya gəlib.Tam adı Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə.
İlk olaraq Məhəmməd Əmin İkinci Rus-Müsəlmən məktəbində oxuyur.Oranı bitirdikdən sonra isə Bakı Texniki Məktəbdə təhsilini rus dilində davam edir.Lakin burda təhsilin bitirməmiş siyasi fəaliyyətə başlayır.
1903-cü ildə bir neçə azərbaycanlı tələbə ilə "Azərbaycan Gənc İnqilabçılar Dərnəyi"-ni yaradır.Bu təşkilatın təbliğat işində "Hümmət" qəzeti böyük dəstək vermişdir.

IMG_20220201_014938.jpg

1906-cı ildə bu təşkilat "Müsəlman Demokratik Müsavat Cəmiyyəti" adlandırılmağa başlandı.Bir müddət sonra isə təşkilatın İranda da bir qolu açıldı.
1908-ci ildə çar hökuməti tərəfindən həbs olunması riski olduğuna görə İrana gedir.Orda yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanır.
1910-cu ildə "İran Demokrat Partiyası"-nın əsasın qoyur.
Çar hökuməti İranda genişlənən inqilab hərəkatından ehtiyatlanaraq,şah hökumətindən onun əsas liderlərindən olan Rəsulzadəni ölkədən çıxarılmasını tələb edib.Təqibdən yaxa qurtarmaq üçün 1911-ci ilin mayında Rəsulzadə İstanbula gəlir və burda siyasi və jurnalistika fəaliyyətini davam etdirir.
1913-cü ildə Romanovlar ailəsinin 300-illiyi ilə əlaqədər amnistiyalar elan olunur və bundan sonra Rəsulzadə Bakıya rahat qayıda bilir.
1918-ci ildə Tiflisdə "Zaqafqaziya Seymi" yaradılır və Rəsulzadə onun müsəlman fraksiyasının üzvlərindən biri olur.

IMG_20220201_015214.jpg

1918-ci ilin aprelin 27-də Seymin fövqəladə iclası keçirilir və Azərbaycanı idarə etmək üçün Müvəqqəti Milli Şuranın yaranması elan olundu.M.Ə.Rəsulzadə şuranın sədri seçilir.
1918-ci ilin mayın 28-i şuranın keçirdiyi ilk iclasda Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması elan olundu.
Həmin ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını alır.Ordunun başçısı Ənvər Paşa Rəsulzadəyə zəng edərək bu barədə şəxsən məlumat verir. Noyabrın 29-u Azərbaycan Milli Şurası Parlamentin çağırılması barəsində xalqa elan verir və dekabrın 7-də Rəsulzadənin sədirliyi ilə Parlamentin təntənəli açılışı olur.

IMG_20220201_014602.jpg

1920-ci ildə Qızıl Ordu Bakıya girdikdən sonra Rəsulzadə həbs olunur.
Bunu eşidərkən,Stalin şəxsən özü gəlib onu azad edir və özü ilə Moskvaya aparır.Bununla da o Rəsulzadənin qarşısında olan can borcunu ödəmiş olur, çünki vaxtı ilə 1905-ci ildə Rəsulzadə Stalinin Bayıl həbsxanasından qaçişını təşkil edib onu ölümdən qurtarmışdı.
Bir müddət Moskvada işlədikdən sonra Peterburqa,sonra Finlandiyaya,ordan da Türkiyəyə mühacirət etmişdir və orda siyasi fəaliyyətini davam etmişdir.
1955-ci ilin martın 6-da Ankara universitetinin tibb fakültəsində şəkərdən müalicə olunarkən dünyasını dəyişir.

IMG_20220201_014223.jpg

M.Ə.Rəsulzadə Ankarada Əsri qəbirstanlığinda dəfn edilmişdir.

IMG_20220201_013847.jpg

IMG_20220201_013604.jpg

"Bir kərə yüksələn bayraq,bir daha enməz"!!!

İmage

İmage

İmage

İmage

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.029
BTC 65070.55
ETH 3147.10
USDT 1.00
SBD 2.55