LEXUS

in Steemit Azerbaijan☪✔2 years ago

Salam dəyərli dostlar.
Bu dəfə dünyanın ən tanınmış avtomobil brendlərindən biri olan LEXUS-dan yazacam.

IMG_20220127_001559.jpg

Bildiyiniz kimi Lexus Toyota Motors-un lüks qoludur.
Keçən əsrin 70-80-ci illərində dünyada avtomobil sənayesinin əsil inkişafı gedirdi,və satış üçün ən böyük bazar Amerika bazarı idi.Həmin ərəfədə yapon istehsalı olan Toyota,Honda,Nissan,Mitsubishi kimi markalar Amerikada ucuz, dözümlü,keyfiyətli avtomobilər kimi çox populyar idi.Amma buna baxmayaraq bunlar BMW, Mercedess, Cadillac, Jaguar kimi bahalı avtomobillərdən imic baxımından çox geri qalırdılar.Ona görə 1983-cü ilin avqust ayında Toyota şirkətinin sahibi Eydzi Toyoda qərara gəlir Amerika bazarı üçün Toyotanın lüks avtomobillərin istehsal edən qolunu yaratsın.Bu avtomobillər keyfiyyətinə görə bazarda olan liderləri üstələməli,qiymətləri isə daha ucuz olmalı idi.
Bir çox təklif və müzakirələrdən sonra markanın adını LEXUS qoymaq qərar verildi.(Luxury Export to US).
Beləliklə F1 (flagship one) kodu adı ilə yeni proyekt yaradıldı.Bunun üçün Amerikanın varlı insanlarının,avtomobil dillerlərinin psixologiyasını, ehtiyaclarını,tələblərini araşdırmaq üçün amerikaya işçi qrupu göndərilir.
Nəhayət,görülən nəhəng işin nəticəsində 1989-cu ildə ilk 8 silindrli Lexus LS-400 (Luxury Sedan) Amerika bazarına çıxarılır.

IMG_20220127_001920.jpg

Növbəti 1990-cı ildə dünyanın aparıcı avtomobil nəşrləri bu avtomobilə dünyanın ən yaxşı avtomobili titulunu verir.
Bununla da Lexus markasının Amerika bazarına ekspansiyası başlayır.
Növbəti illərdə həm Kanadada həm də Böyük Britaniyada nümayəndəliklər açılır.
1991-ci ildə premium seqmentdə ən çox avtomobil satan şirkət olur.
1996-cı ildə Lexus-un ilk premium cipi LX 450 bazara çıxarılır.

IMG_20220127_002235.jpg

Bu günkü gündə Lexus keyfiyyət və imic baxımından dünyada lider mövqeyini saxlayan və bir çox insanın arzuladığı brend olaraq qalır.

IMG_20220127_002626.jpg

Allah hamıya istədiyi Lexus-a sahib olmağı qismət etsin.

İmage

İmage

İmage

İmage

Sort:  
 2 years ago 

Founder Of Community Azerbaijan rəhbərliyi deyir ki gün gələcək yazdığımız bu "poemadan" qazandığımız qonararlardan istədiyimizi ala biləjiyik...

 2 years ago 

İnşallah...

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 59876.72
ETH 3191.77
USDT 1.00
SBD 2.43