LENİN,STALİN və TOFİQ BƏHRƏMOV

in Steemit Azerbaijan☪✔3 years ago

Salam dəyərli dostlar.
Lenin,Stalin və T.Bəhrəmov.Sizcə bu adları nə birləşdirir? Doğrudur - Respublika Stadionu.

IMG_20220220_015925.jpg

Tofiq Bəhrəmov adına Respublika Stadionun tikintisinə 1939-cu ildə başlanmışdır.Müharibə illərində tikinti müvəqqəti dayanmışdır.1951-ci ilin sentyabrın 16-da rəsmi açılışdan sonra futbol ictimaiyyətinə təhvil verilib. Açılışda Az.Kommunist partiyasının birinci katibi Mircəfər Bağırov iştirak edib.
İlkin olaraq stadion Stalin adına Respublika Stadionu adlandırılırdı və 45 min tamaşaçı tutumu var idi.Stadionun tikintisi alman əsirləri tərəfindən aparılırdı.İlk vaxtlar yuxarıdan baxanda stadion C hərifi formasında idi.Stalinin adının baş hərfi kimi.Sonralar isə Stalinin ölümündən sonra stadionu tam dairə şəklinə saldılar.

SİKP XX-ci qurultayından sonra stadion Lenin adını daşımağa başladı.

1993-cü ildə tanınmış Azərbaycan hakimi T.Bəhrəmovun vəfatından sonra stadionun adı yenidən dəyişdirilərək Tofiq Bəhrəmov adına Respublika Stadionu adlandırılır.

IMG_20220220_020315.jpg

16 avqust 2012-ci ildə stadion rekonstruksiyadan sonra futbolcularımızın ixtiyarına verilir və FİFA-nın beynəlxalq oyunlarını qəbul etmək imkanını qazanır.
Hal hazırda "Qarabağ" futbol komandasının ev stadionudur.

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51