KAMAZ - Linkor

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Salam dəyərli dostlar.
Məni yaxşı tanıyanlar bilirlər ki, avtomobil xəstəsiyəm.
Yadımdadır uşaq vaxtı,aşağı siniflərdə oxuyanda,hələ sovet illərində, atam "За рулём" jurnalı alırdı.Jurnal evə çatar-çatmaz, atamdan qabaq mən baxırdım o jurnala.Təbii ki, ordakı maşın şəkillərinə baxırdım.Çox xoşuma gələnlərin isə,hətta şəkillərini çəkirdim.
Bu avtomobillərə maraq elə indi də canımdadır.Ona görə avtomobillər aləmində baş verən yenilikləri(sərgilər,blogerlər,məqalələr) daima izləyirəm.
Elə bu gün rastıma çıxan maraqlı bir məlumatla paylaşım sizinlə.
Bildiyiniz kimi "KAMAZ" Rusiyanın dünyada tanınmış yük avtomobil istehsalçısıdır.

IMG_20220203_164820.jpg

Son illər krossoverlərə olan tələbat artdığına görə artıq "Kamaz" da bu seqmenti baş vurmaq istəyir.Bunun üçün Çinin "BAİC" şirkəti ilə əməkdaşlıq etmək fikrindədir.Bildiyiniz kimi"BAİC" şirkətinin minik avtomobil istehsalında kifayət qədər təcrübəsi var.Çin bazarında böyük şirkətlərdən biridir.
İstehsal olunan krossover "LİNKOR" adlandırılacaq.

IMG_20220203_165103.jpg

Onun üçün baza olaraq BAİC-ın "Beijing X7" modeli istifadə olunması planlaşdırılır.Eyni platforma və eyni texniki göstəricilər olacaq.188 a.g. olan 1.5l turbo mühərrik,277 N.m. fırlanma anı,7 pilləli avtomat və ya 6 pilləli mexanika.
Salonu çin modelindən fərqli olacaq.Muasir dəbə uyğun salonda monitorlar geniş yer alacaq.

IMG_20220203_165527.jpg
İlk baxışdan yaxşı görünür.Görək canlı olaraq ortalığa nə çıxacaq.

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59239.68
ETH 2525.24
USDT 1.00
SBD 2.50