Hazırsızlıq...

in Steemit Azerbaijan☪✔3 years ago

Salam,dəyərli dostlar.
Səhər yuxudan bir az yorğun,bir az da kefsiz durdum.Buna səbəb isə - dünən axşam işdən gec gəlib dərhal futbola getmək,sonra gəlib uşağın dərsləri ilə məşğul olmaq,ondan sonra da yoldaşıma(naxoşladığına görə)sistem qoşmaq.Bir sözlə axşam 4-ün yarısı yatmışam.
Səhər də yağışlı,küləkli hava adamın əhvalına bir az da bədbinlik qatır.
Yol boyu işə gələrkən yağışlı havada, həmişə olduğu kimi - tıxaclar-tıxaclar...
Amma bu dəfəki söhbət tıxaclardan olmayacaq.
Gəlmişəm işə,görürəm mərkəzin düz yanında bitən çoxillik söyüd ağacı aşıb düz yolun ortasına.Kim sə də gəlib orda qurcalanır.

IMG_20211116_111358.jpg

Nə isə...girmişəm öz "yuvama",bala-bala pasientləri qəbul edirəm.Üstündən iki saat keçib,baxıram - ağac hələ də yolun ortasındadır.Bir nəfər əlində balaca bir mişar ağacın budaqların kəsməyə çalışır.
Öz-özümə düşünürəm ki,biz yəqin XXI-ci əsrdə yox XIX-cu əsrdə yaşayırıq.2 saatdan çoxdur ağaç o boyda küçədə yolu kəsib,aidiyyatı qurumlar(MKİS, Yaşıllaşdırma) bir çarə görə bilmirlər.Bu bizim aidiyyatı qurumların fövqəladə vəziyyətlərə tamamilə hazırlıqsız olduqlarının bariz sübutudur.
Yadımdadır hardasa bir 10 il öncə bizim kəndə hələ qazın verilməsi bərpa olunmamışdan qabaq,yerli camahat evdə yandırmağa odunu meşələrdən daşıyırdı.Arada məndə,yayda istirahətdə kənddə olanda,qohum-əqrəba ilə gedirdim köməyə.İki saata 2 maşın odunu doğrayıb,maşına vurduq.Bunlar isə bir dənə fındıq boyda söyüd ağacı ortalıqdan doğrayıb,yığışdıra bilmirlər.

IMG_20211116_114941.jpg

Nəhayət ki,üstündən neçə saat keçəndən sonra bir-təhər yığışdırıb bitirdilər.

IMG_20211116_125045.jpg

Deyirəm,bizim kənd uşaqları burda olsaydılar 10 dəqiqəyə buranı tər-təmiz edərdilər.
Nə isə....Bu çur hallardan özünüzü qoruyun...

Sort:  
 3 years ago 

Kənd uşaqlarının yerini şəhər uşaqları verə bilməz :)

Coin Marketplace

STEEM 0.19
TRX 0.14
JST 0.030
BTC 60122.55
ETH 3199.29
USDT 1.00
SBD 2.43