Dəmirağac

in Steemit Azerbaijan☪✔3 years ago

Salam dəyərli dostlar.
Bu dəfə sizlərə bir az təbiətdən yazım.
Təbiət deyərkən,dunyada yeganə yerdə -Azərbaycanın cənub zonasında (Lənkəran və Astara) və İranın şimalında (Xəzər sahillərində) bitən,Qırmızı kitaba duşən Dəmirağacdan.(Parotia Persica).Hal hazırda Hirkan milli parkında qorunan ağac növləri sırasındadır.

IMG_20220208_233944.jpg

Hündürlüyü 25 metrə qədər çatır və 200 ilə qədər yaşaya bilir.Təbii halda mülayim, subtropik iqlimdə bitir.Kölgəyə davamlıdır, rütubətə tələbkardır,istini sevir.Dəniz səviyyəsindən 700m yüksəklkdən yuxarı yerlərdə bitmir.

Adından bəlli olduğu kimi,dəmirəgac çox bərk və ağır ağacdır.Yeganə ağac növüdür ki,suda bata bilir.Oduncağı çox bərk olduğundan maşınqayırmada,alət istehsalında, işıq dirəkləri kimi, körpü və dəmir yol tikintisində istifadə olunur.Bu ağaca hətta çəkiclə mismar vurmaq olmur.

IMG_20220208_235725.jpg

Digər maraqlı fakt.Dəmirağac çox qollu-budaqlı ağacdır və onun budaqları yanında bitən digər ağacların budaqları ilə bitişə bilir.Bir ağac zədələnərsə,ona bitişik digər ağaclar ona bərpa olmağa kömək edir.

IMG_20220209_000112.jpg

25 dərəcə şaxtaya davamlı olduğuna görə və yarpaqları töküldüyü zaman 3 rəngə boyana bildiyinə görə bəzi ölkələrdə dekorativ bitki kimi də yetişdirilir.

IMG_20220208_234420.jpg

Dəmirağac barəsində maraqlı fakt.
Məhşur Nobel qardaşlarını Bakıya gətirən məs dəmirağaca olan maraq olub.O zamanlar onlar silah istehsalı ilə məşğul olurdular.Dəmirağacın oduncağından tüfəng qundağı düzəltmək istəyirdilər.
Sonralar neft sahəsində daha çox qazanc olduğunu gördükdə, fəaliyyət sahələrini dəyişdilər.

İmage

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.030
BTC 59203.63
ETH 2522.75
USDT 1.00
SBD 2.51